AFB Bank-dan sahibkarlara "İndi al, gələn il ödə!" fürsəti

AFB Bank-dan sahibkarlara ®AFB Bank sahibkarlar və peşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi "İndi al, gələn il ödə!" kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər bizneslərini inkişaf etdirmək, avadanlıq almaq və ya peşə fəaliyyətlərinə yatırım etmək üçün lazım olan maliyyəni indi əldə edir, əsas borcun ödənişinə isə gələn il başlayırlar.
Kampaniya Mikrokredit və Peşə krediti məhsullarına şamil olunur. Bu çərçivədə müştərilər 500 AZN-dən 100 000 AZN-dək kredit əldə edə, krediti 3 aydan 36 ayadək müddətə rəsmiləşdirə bilərlər. Kreditlər 18%-dən başlayan illik faiz dərəcəsi ilə təqdim olunur.
"İndi al, gələn il ödə!" kampaniyası sahibkarlara maliyyə vəsaitindən bu gün istifadə etməklə biznes ehtiyaclarını təxirə salmamaq imkanı yaradır. Belə ki, əldə olunan vəsait biznesin böyüdülməsi, yeni avadanlığın alınması və ya peşə fəaliyyətinin inkişaf etdirilməsi kimi məqsədlərə yönəldilə bilər.
Kampaniyanın əsas üstünlüyü isə əsas borcun ödənişinə gələn il başlanmasıdır. Bu yanaşma sahibkarlara əldə etdikləri maliyyəni biznes fəaliyyətinə yönəltmək və ödənişlərə başlamazdan əvvəl əlavə vaxt qazanmaq imkanı verir.
AFB Bank bu kampaniya ilə kiçik sahibkarlıq fəaliyyəti və müxtəlif peşə sahələri ilə məşğul olan şəxslərin maliyyə ehtiyaclarına çevik həll təqdim etməyi hədəfləyir. Kampaniyadan yararlanmaq istəyən müştərilər 30 noyabr 2026-cı ilədək müraciət edə bilərlər.
Müraciət üçün: 
AFB Bank haqqında
AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri, eləcə də rəqəmsal həllər təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.
Ətraflı məlumat üçün: AFB Bank
Məlumat Mərkəzi: 1545 / banker.az

Banklar     Tarix: 06 oktyabr 2026

Oxşar xəbərlər

Banklar ticarət və xidmət sektoruna 8 ayda 205 milyon manat əlavə kredit verib - 4,6 milyard manatı keçib

Azərbaycanda ticarət və xidmət sektoruna verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten – 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayını

AFB Bank-dan sahibkarlara "İndi al, gələn il ödə!" fürsəti

AFB Bank sahibkarlar və peşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün xüsusi "İndi al, gələn il ödə!" kampaniyasına start verib. Kampaniya çərçivəsində müştərilər bizneslərini inkişaf etdirmək, avadanlıq almaq v

Mərkəzi Bankın inzibati binasının texniki xidməti 3 milyon manata başa gələcək

Mərkəzi Bank inzibati binasının texniki xidmətinə 3 milyon manata yaxın vəsait ayırır. xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 167 ünvanında yerləşən inzibat

Bu BOKT 2026-cı ildə kapitalını 18%-dən çox böyüdüb

Bank Olmayan Kredit Təşkilatı "Azəri Star Mikromaliyyə" MMC-nin nizamnamə kapitalı artırılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadə

Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – "PAŞA Sığorta"dan 1 ayda 10 milyon manatdan çox ödəniş

Mərkəzi Bank Azərbaycanın sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini açıqlayıb. Rəqəmlərə baxanda bir məqam xüsusilə diqqət çəkir: avtomobillərlə bağlı zərərlərin maliyyə yükü kifayət qədər böyükdür. Məsələn

PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir

Konfrans global banklararası maliyyə kommunikasiya şəbəkəsi SWIFT tərəfindən təşkil olunur. Tədbir dünyanın aparıcı banklarını, maliyyə institutlarını, texnologiya şirkətlərini, tənzimləyiciləri və digər maliyyə bazarı iştirakçıların

Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb

Azərbaycanda ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda bankla

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

Visa kartları üzrə premium xidmətlər dəyişir – 5 000 manatlıq dövriyyə tələbi

1 oktyabrdan Visa kartları üzrə premium xidmətlərdə yeni dövriyyə tələbləri tətbiq olunacaq. 2026-cı il oktyabrın 1-dən etibarən Visa kartları üzrə bir sıra premium xidmətlərdən istifadə şərtləri yenilənir. -ın məlumatın


iqtisadi xeberler telefonla pul qazanmaq dollar kursu rubl mezenne valyuta mezennesi