AFB Bank-dan yeni "Mono Əməkhaqqı Kartı" – şirkətlər üçün daha sərfəli maaş layihəsi

AFB Bank-dan yeni ®AFB Bank şirkətlər və onların əməkdaşları üçün yeni "Mono Əməkhaqqı Kartı" məhsulunu təqdim edir. Yeni məhsul müəssisələrin əməkhaqqı layihələrində daha çevik, sərfəli və müasir bank həllərinə keçidini təşviq etmək məqsədi daşıyır.
"Mono Əməkhaqqı Kartı" şirkətlərə əməkhaqqı ödənişlərini daha rahat və səmərəli şəkildə həyata keçirməyə imkan verməklə yanaşı, əməkdaşlar üçün əlavə maliyyə üstünlükləri təqdim edir. Bu yanaşma müəssisələrə həm əməkdaş məmnuniyyətini artırmaq, həm də daha cəlbedici sosial paket formalaşdırmaq imkanı yaradır.
Kartın əsas üstünlüklərindən biri hesabda qalan vəsaitə illik 8% faiz hesablanmasıdır. Bu imkan minimum 50 AZN qalığından etibarən tətbiq olunur və maksimum məbləğ üzrə heç bir məhdudiyyət yoxdur. Bu əməkdaşlara maaş vəsaitlərini sadəcə saxlamaq deyil, eyni zamanda əlavə gəlir əldə etmək fürsəti yaradır.
Bununla yanaşı, "Mono Əməkhaqqı Kartı" istifadəçilərə 10%-dək keşbek, 50 000 manatadək kredit imkanı və 5 000 manata qədər komissiyasız köçürmə kimi üstünlüklər təqdim edir. Bu xüsusiyyətlər kartı gündəlik maliyyə əməliyyatları üçün daha funksional və sərfəli edir.
AFB Bank bu məhsulla şirkətlər üçün əməkhaqqı layihəsini yalnız ödəniş aləti deyil, həm də əməkdaşlar üçün əlavə dəyər yaradan maliyyə həlli kimi təqdim edir.
Şirkətlər əməkhaqqı layihələrini AFB Bank-a daşımaqla həm əməliyyat rahatlığı əldə edir, həm də əməkdaşlarına daha geniş maliyyə imkanları təqdim edə bilirlər. Bununla yanaşı, AFB Bank-ın yenilənmiş internet bankçılıq platforması vasitəsilə maaş ödənişləri, kütləvi köçürmələr və gündəlik maliyyə əməliyyatları daha sürətli, rahat və təhlükəsiz şəkildə idarə olunur. Rahat interfeys, real vaxt rejimində əməliyyatların izlənməsi, sadələşdirilmiş ödəniş prosesi və yüksək təhlükəsizlik standartları bizneslərə maliyyə idarəçiliyində maksimum effektivlik və nəzarət imkanı yaradır.
Sifariş üçün:
AFB Bank-ın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində biznes müştəriləri üçün daha çevik, sürətli və əlverişli maliyyə həllərinin təqdim olunması prioritet istiqamətlərdəndir. Bank sahibkarların yanında olmağı və onların davamlı inkişafına real töhfə verməyi əsas missiya kimi müəyyən edib. Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsi vasitəsilə müştərilərinə xidmət göstərir.
Ətraflı məlumat və müraciət üçün AFB Bank-ın filiallarına yaxınlaşa və ya 1545 qısa nömrə ilə əlaqə saxlaya bilərsiniz. / banker.az

Banklar     Tarix: 18 mart 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler rubl mezenne leobank kart iqtisadiyyat xeberleri internetden pul qazanmaq