AFB Bank-ın "Sürətli Tender Qarantiyası" məhsuluna maraq artmaqdadır
®AFB Bank-ın təqdim etdiyi "Sürətli Tender Qarantiyası" məhsulu sahibkarlar arasında qısa müddətdə geniş maraq qazanıb. Təklif olunan çevik şərtlər və operativ rəsmiləşdirmə prosesi bizneslərin tender iştirakını daha əlçatan edir.
Məhsul çərçivəsində şirkətlər tender qarantiyasını girov təqdim etmədən və cəmi 1 iş günü ərzində əldə edə bilirlər. Bu isə sahibkarlara vaxt itirmədən tender proseslərinə qoşulmaq və öhdəliklərini daha rahat şəkildə yerinə yetirmək imkanı yaradır.
"Sürətli Tender Qarantiyası" üzrə maksimal məbləğ 100 000 AZN-dək, müddət isə 12 ayadək müəyyən edilib. Bu şərtlər müxtəlif sahələrdə fəaliyyət göstərən biznes subyektləri üçün çevik və praktik maliyyə həlli təqdim edir.
AFB Bank biznes müştəriləri üçün təqdim etdiyi məhsullarla onların fəaliyyətində operativliyi artırmağa və maliyyə imkanlarını genişləndirməyə davam edir.
Sifariş üçün:
AFB Bank-ın həyata keçirdiyi Transformasiya Strategiyası çərçivəsində biznes müştəriləri üçün daha çevik, sürətli və əlverişli maliyyə həllərinin təqdim olunması prioritet istiqamətlərdəndir. Bank sahibkarların yanında olmağı və onların davamlı inkişafına real töhfə verməyi əsas missiya kimi müəyyən edib. Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsi vasitəsilə müştərilərinə xidmət göstərir.
Ətraflı məlumat və müraciət üçün AFB Bank-ın filiallarına yaxınlaşa və ya 1545 qısa nömrə ilə əlaqə saxlaya bilərsiniz. / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
SWIFT nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Evdə biznes qurmağın yolları