"AFB Bank" ötən ili 4.6 milyon manat xalis mənfəət ilə başa vurub
"AFB Bank" ötən ili 4 milyon 578 min manat xalis mənfəət ilə başa vurub.
Ötən il "AFB Bank"ın xalis faiz gəlirləri 16 milyon 345 min manat, qeyri-faiz gəlirləri 9 milyon 167 min manat, qeyri-faiz xərcləri 20 milyon 747 min manat, xalis əməliyyat gəlirləri 4 milyon 765 min manat olub.
2025-cü ilin yanvar ayının 1-nə "AFB Bank"ın aktivləri 295 milyon 167 min manat olub. Bunun 183 milyon 91 min manatı müştərilərə verilmiş kreditlər olub ki, bu da illik müqayisədə 2% artımdır. Bankın kredit portfelinin aktivlərdəki payı ilin sonuna nisbətən 54.45 faizdən 62.03 faizə qədər artıb.
Bankdakı müddətli hesabların həcmi də son bir ildə 1 milyon 485 min manat artaraq 32 milyon 521 min manata yüksəlib. Bankda cari hesabların həcmi isə 100 milyon 462 min manat təşkil edib.
Qeyd edək ki, onun nizamnamə kapitalı 70.393 milyon manatdır.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, "AFB Bank" hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda "AFB Bank" 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. / banker.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları