"AFB Bank" tərəfindən aztəminatlı vətəndaşların biznesinə dəstək göstərilmişdir
®"AFB Bank"ın diqqət mərkəzində saxladığı sosial lahiyələrdən biri də Özünüməşğulluq Proqramıdır. Bu proqram vasitəsilə 2023-cü ilin 1-ci mərhələsində 4 aztəminatlı vətəndaşa dəstək göstərilmişdir.
2-ci mərhələdə, "qadın gözəllik salonu zərfi" üzrə oktyabrın 4-ü və 5-i avadanlıqlarla təmin olunmuş vətəndaşlardan 2 nəfəri Bakı şəhəri sakinləri Səbinə Məhərrəmova və Aynur Ələkbərova, digər 2 nəfəri isə Sumqayıt şəhəri sakinləri Qənirə Əliyeva və Cəmilə Cabbarova olmuşdur.
Qeyd edək ki, 2023-cü il ərzində "AFB Bank" tərəfindən 8 aztəminatlı vətəndaşımıza bizneslərini qurmaq və inkişaf etdirmək üçün dəstək göstərilmişdir.
"AFB Bank" indiyədək Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, bir sıra regionlarda da fiziki məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə bu istiqamətdə köməklik etmişdir.
Özünüməşğulluq Proqramının əsas məqsədi aztəminatlı ailələrə, eləcə də həssas əhali qrupundan olan vətəndaşlara kiçik ailə bizneslərinin təməlini qoymaq və ya mövcud bizneslərini inkişaf etdirmək üçün dəstək göstərməkdir. Onlar Özünüməşğulluq Proqramı çərçivəsində biznesləri üçün faydalı olacaq avadanlıq, mal, material və əmlakın digər növlərilə təmin olunurlar.
Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir.
Məlumat üçün bildirək ki, hər bir müştəriyə fərdi və diqqətli yanaşma prinsipi ilə fəaliyyət göstərən "AFB Bank" hazırda 7 filial, 4 şöbə ilə vətəndaşların xidmətindədir. Bankın göstərdiyi xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.


/ banker.az

"7 Gözəl" şadlıq evində də nöqsanlar aşkar edilib
PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub
ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər
Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq hallarının sayı kəskin artıb
"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib
YAP-ın Sabunçu təşkilatı və "Balakhani Operating Company LTD"nin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Dropshipping nədir?
CV hazırlayarkən buraxılan 5 səhv