Bu müəssisələrin rəqabətli neytrallığı qiymətləndiriləcək – Dövlət bankları istisnadır
Azərbaycanda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi qiymətləndiriləcək və bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi ""nda nəzərdə tutulub.
Sənədə əsasən, tədbir 2027–2028-ci illərdə həyata keçiriləcək. Tədbirin əhatə dairəsinə dövlət müəssisələri daxil edilsə də, nəzarət zərfi dövlətə məxsus banklar istisna olunacaq.
İlk mərhələdə dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın qiymətləndirilməsi üçün göstəricilər və meyarlar müəyyən ediləcək.
Sonrakı mərhələdə həmin göstəricilər əsasında dövlət müəssisələrində rəqabətli neytrallıq prinsiplərinin tətbiqi vəziyyəti təhlil olunacaq və təkmilləşdirilməsi tələb olunan istiqamətlər müəyyənləşdiriləcək.
Yekunda dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın təşviqinə dair əsaslandırılmış təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək.
Milli Fəaliyyət Planında dövlət müəssisələri tərəfindən müxtəlif bazarlarda rəqabətli neytrallığın qorunması mexanizminin inkişaf etdirilməsi ayrıca hədəf kimi müəyyən olunub. Sənəddə həmçinin bütün bazar iştirakçıları üçün bərabər və əlverişli şəraitin yaradılması əsas istiqamətlərdən biri kimi göstərilir.
Tədbirin əsas icraçısı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi olacaq. Digər icraçılar sırasında Azərbaycan İnvestisiya Holdinqi, "AZCON" Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları göstərilib.

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
IMEI kod nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?
SMM nə deməkdir?