ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldi

ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra Davr Bankın beynəlxalq reytinqləri yüksəldiDavr Bankın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra Bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb.
S&P beynəlxalq reytinq agentliyi Davr Bankın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsinə yüksəldib. Bankın reytinq proqnozu isə "Stabil" olaraq müəyyənləşib. Agentliyin rəyində qeyd edilir ki, ehtiyac yaranarsa, Davr-Bank kredit reytinqi daha yüksək olan ABB Maliyyə Qrupundan güclü dəstək ala bilər.
S&P ekspertlərinin fikrincə, Davr Bank növbəti bir ildə də əsasən pərakəndə bankçılığa, həmçinin kiçik və orta biznesin maliyyələşməsinə yönələcək. Bu seqmentlər onun əsas fəaliyyət istiqamətləri olaraq qalacaq və artımına şərait yaradacaq. Davr Bank eyni zamanda ABB Maliyyə Qrupunun tərkibinə keçməsindən sonra yaranmış yeni biznes imkanlarından da geniş faydalanacaq. Özbəkistanda Azərbaycan və Türkiyə kapitallı müştərilərə xidmət, eləcə də ABB-nin beynəlxalq pulköçürmə xidmətlərinə inteqrasiya da bu yeni imkanlara daxildir.
Bütün bunlar, Bankın reytinqlərini "Stabil" səviyyədə proqnozlaşdırmağa əsas yaradır. Davr Bankın möhkəm kapital buferləri və aktivlərinin keyfiyyəti də bu proqnozu dəstəkləyir. Agentliyin gözləntilərinə görə, Davr Bankın likvidlik mövqeyi adekvat olaraq qalacaq və bank beynəlxalq maliyyə institutlarından maliyyələşməyə çıxışını qoruyacaq.
S&P beynəlxalq reytinq agentliyinin rəyində Davr Bankın ABB Maliyyə Qrupunun ümumi aktivlərinin təxminən 10%-12%-ni təşkil etdiyi, bu bankın əsas nəzarət-səhm paketini əldə etməyin ABB-nin yeni strateji dövrdə coğrafi genişlənmə hədəfinə uyğunluğu vurğulanıb.

Banklar     Tarix: 11 sentyabr 2026

Oxşar xəbərlər

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin qiymeti online pul qazanmaq telefonla pul qazanmaq