"AFB Bank"da depozitlər 45 faizə yaxın artıb

"AFB Bank" ASC 2023-cü il üzrə maliyyə göstəricilərini açlıqlayıb.
Marja.az xəbər verir ki, "AFB Bank" ASC 2023-cü ili 7 milyon 652 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 10 milyon 884 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması qeyri-faiz gəlirlərinin düşməsi və cəmi xərclərin artmasından qaynaqlanır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Ötən il "AFB Bank"ın faiz gəlirləri 21,5% arataraq 22 milyon 168 min manat, qeyri-faiz gəlirləri isə 28% azalaraq 8 milyon 164 min manat təşkil edib. 
2023-cü ildə "AFB Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 30 milyon 332 min manat (2022-ci ildə 29 milyon 646 min manat) cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 23 milyon 733 min manat (2022-ci ildə 19 milyon 956 min manat), gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 6 milyon 599 min manat (2022-ci ildə 9 milyon 690 min manat) təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan qayıdan 3 milyon 528 min manatın hesabına Bankın mənfəəti 10 milyon 127 min manata yüksəlib. "AFB Bank" ötən il 2 milyon 475 min manat mənfəət vergisi ödəyib. 
2023-cü ildə "AFB Bank"ın cəmi gəlirləri 676 min manat, cəmi xərcləri isə 3 milyon 777 min manat artıb. Xərclər gəlirlərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti azalıb.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2023-cü ildə "AFB Bank"ın cəmi aktivləri 48 milyon 286 min manat və ya 17,1% artaraq 31 dekabr 2023-cü il tarixində 330 milyon 668 min manat təşkil edib.
Ötən il "AFB Bank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş  kreditlər) 9 milyon 196 min manat və ya 5,4% artaraq 180 milyon 50 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 2 milyon 927 min manat artaraq 22 milyon 7 min manata, ipoteka kreditləri portfeli 11 milyon 717 min manat artaraq 61 milyon 818 min manata yüksəlib, biznes kreditləri portfeli isə 5 milyon 448 min manat azalaraq 96 milyon 225 min manata geriləyib. 
2023-cü ildə "AFB Bank" qiymətli kağızlara investisiyaları 2,3 dəfə artıraraq  41 milyon 575 min manata yüksəldib. 
BANKDA DEPOZİTLƏR ARTIB
Ötən il "AFB Bank"da depozitlər 52 milyon 88 min manat və ya 44,8% artaraq 168 milyon 256 min manata yüksəlib. O cümlədən, fiziki şəxslərin depozitləri 43 milyon 426 min manat artaraq 73 milyon 245 min manata, hüquqi şəxslərin depozitləri 8 milyon 662 min manat artaraq 95 miylon 11 min manata yüksəlib. 
31 dekabr 2023-cü il tarixində "AFB Bank" ASC 78 milyon 863 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 82 milyon 459 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 13 yanvar 2024

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi leobank kart kicik biznes