"AFB Bank"ın 3-cü rübdə xalis mənfəəti 59% artıb
AFB Bank 2026-cı ilin 3-cü rübünü 3 milyon 602 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə bankın xalis mənfəəti 2 milyon 263 min manat olmuşdu. Beləliklə, bankın xalis mənfəətində illik müqayisədə 59.2%-lik artım qeydə alınıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat dövründə bankın toplam faiz gəlirləri 38 milyon 936 min manat təşkil edib. Bu, keçən ilin müvafiq dövrü (17 milyon 247 min manat) ilə müqayisədə 2.2 dəfə çoxdur. Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilmiş kreditlər üzrə gəlirlər təşkil edib. Bank kreditlərdən 34 milyon 372 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 2.3 dəfə artım deməkdir (ötən il: 15 milyon 26 min manat).
Bankın cəmi aktivləri 423 milyon manatdan 574.4 milyon manata yüksəlib. Müştərilərə verilmiş xalis kreditlər 41.3% artaraq 413.4 milyon manat olub (ötən ilin sonu: 292.5 milyon manat).
Bankdakı cəmi depozitlər 226.4 milyon manatdan 369.9 milyon manata çatıb. Əhalinin (fiziki şəxslərin) əmanətləri 235.5 milyon manat , hüquqi şəxslərin depozitləri isə 134.4 milyon manat təşkil edib.

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR
"Bitcoin" yenidən 83 min dolları ötüb - SON QİYMƏT
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda
Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR
"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Bitcoin nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Biznes qurmaq üçün nə lazımdır?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?