Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏRQarşıdan gələn qış fəslinin əsas meyvələrindən biri xurmadır. Müxtəlif növ xurmalar təkcə daxili bazarda deyil, xarici ölkələrə də satılır və Azərbaycanın meyvə ixracında mühüm yer tutur. Hər il ölkədə xurma bağlarından 220 min tondan artıq məhsul toplanaraq daxili və xarici bazarlarda satılır.
Xurma Azərbaycan üçün strateji ixrac məhsulu sayılır – hər il Azərbaycandan xaricə 130–140 milyon dollarlıq xurma ixrac edilir. 2022–2025-ci illərdə xurma ixracı Azərbaycana yarım milyard dollar gəlir gətirib. Təkcə 2025-ci ildə Azərbaycan xarici ölkələrə ümumi dəyəri 144,2 milyon dollar olan 187,5 min ton xurma ixrac edib.
Xurma məhsulu Azərbaycanın əksər ərazilərində yetişdirilir. Ölkə üzrə xurma bağlarının sahəsi 16 min hektara yaxın, bu sahədə əsas bölgələrdən biri isə Mərkəzi Aran regionudur. Mərkəzi Aran bölgəsində 5 600 hektara yaxın xurma bağı var. Bu, bütün ölkə üzrə əkinlərin 35%-i deməkdir. Təkcə Ağdaş rayonunda xurma bağlarının sahəsi 2 200 hektardan artıqdır.
Xurma bağlarının məhsuldarlığı rayonlardan və bağa qulluq səviyyəsindən asılı olaraq dəyişir və hektardan 5–28 ton arasında ola bilir.
Daxili bazardakı tələbat və ixrac imkanları sayəsində xurma bağları fermerlərin rifahında böyük rol oynayır, bu sahədən gələn gəlirlərdən hər il minlərlə fermer ailəsi faydalanır. Amma baş verə biləcək müxtəlif hallar, o cümlədən təbiət hadisələri xurma bağlarına təsir edə, məhsulun məhv olmasına və fermerlərin gəlirsiz qalmasına səbəb ola bilər.
Təsərrüfatları belə hallardan Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi qoruyur.
Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən aqrar sığorta 41 bitkinin, o cümlədən 20-yə yaxın meyvə bitkisinin sığortalanmasına imkan verir. Mexanizmin əsas xüsusiyyəti onun subsidiyalı olması, yəni sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsidir.
Xurma yetişdirən fermerlər bağlarını dövlət dəstəyi ilə Aqrar Sığorta Fondu vasitəsilə sığortalaya bilərlər. Hesablamaya görə, məsələn, Mərkəzi Aran regionuna daxil olan Ağdaş rayonunda 1 hektar xurma bağının əsas risklərdən sığortalanması fermerə cəmi 65 manata başa gəlir.
Bu hesablamada hektardan 100 sentner – 10 ton xurma məhsulu, xurmanın sahədə satış qiymətinin isə 1 kiloqram üçün 60 qəpik olması əsas götürülüb.
Beləliklə, bir hektardan gözlənilən məhsulun sığorta dəyəri: 10 000 kq × 0,60 manat = 6 000 manat təşkil edir. Bu göstəricilər əsasında hesablanan ümumi sığorta haqqı təxminən 130 manatdır. Aqrar sığorta haqqının 50%-ni dövlət ödədiyinə görə, fermerin ödədiyi məbləğ cəmi 65 manat olur.
Başqa sözlə, fermer 6 000 manatlıq xurma məhsulunu əsas risklərdən qorumaq üçün ildə cəmi 65 manat ödəyir. Bu məbləğ xurma bağlarına çəkilən illik xərclərdən qat-qat aşağıdır. Belə ki, 1 hektar məhsuldar xurma bağında gübrələmə, dərmanlama, budama, suvarma, torpağın becərilməsi və digər aqrotexniki tədbirlərə çəkilən illik xərc təxminən 2 000–2 500 manat səviyyəsində götürüldükdə, 65 manatlıq sığorta haqqı bu məbləğin cəmi 2,5–3%-nə bərabərdir.
Başqa sözlə, fermerin xurma bağının əsas risklərdən sığortalanmasına ödədiyi məbləğ onun illik qulluq xərclərindən təxminən 30–38 dəfə azdır.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatlar arasında Ağdaş rayonundan olan təsərrüfatlar da var. İndiyədək Ağdaş rayonunda ümumilikdə 545 min manat aqrar sığorta ödənişi həyata keçirilib. Bundan 234 min manat kənd təsərrüfatı heyvanlarının sığortası, 311 min manat isə bitkiçilik sığortası üzrə həyata keçirilib və bu məbləğlər hər gün artmaqdadır.
Aqrar Sığorta Fondu fermerləri və təsərrüfat sahiblərini payızlıq əkinlər dövründə əkinlərini qorumağa və dövlətin güzəştli sığorta mexanizmi vasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür. / marja.az

Banklar     Tarix: 14 oktyabr 2026

Oxşar xəbərlər

"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır

"PAŞA Bank" ASC ilkin kütləvi təklifin (IPO) yekunları nəzərə alınmaqla nizamnamə kapitalının artırılması məsələsini səhmdarların müzakirəsinə çıxaracaq. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkəna

ABŞ-da ipoteka faizləri üç ilin ən yüksək səviyyəsinə qalxıb

ABŞ-da 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi 19 baza bəndi artaraq 7,49%-ə yüksəlib. Bu, 2023-cü ilin noyabrından bəri ən yüksək göstəricidir. "Bloomberg"ə istinadən xəbər verir ki, ipoteka faizlər

"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb

"Yapı Kredi Bank Azərbaycan" QSC 2026-cı ilin ilk doqquz ayını (yanvar-sentyabr) 9 milyon 246,8 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,9% və ya 1 milyon 534,7 min mana

ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

16 oktyabr 2026-cı ildə Bakıda Beynəlxalq Risk Forumu keçiriləcək. Forumun təşkilatçısı ABB-dir. Mastercard şirkəti də tədbirə tərəfdaşlıq dəstəyi göstərir. Forum maliyyə sektorunun rəhbər menecerlərini, tənzimləyici qurumları

"Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 20% artıb

"Yapı Kredi Bank Azərbaycan" 2026-cı ilin ilk doqquz ayında 9,25 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin müvafiq dövründən 19,9% çoxdur. Faiz gəlirləri 38,8% artaraq 51,78 milyon manata, qeyri-faiz gəlirlər

Xalq Bankın "Əmanət" lotereyasının 2-ci tirajında qaliblər müəyyən oldu

Xalq Bankın təşkil etdiyi stimullaşdırıcı "Əmanət" lotereyasının 2-ci tirajının qalibləri müəyyən oldu. Tiraj 12 oktyabr tarixdə Bankın Bakı şəh., İnşaatçılar prospekti 22 L ünvanda yerləşən Baş ofisində tiraj komissiyasını

Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Dövlət bankı Azər Türk Bankın nümayəndə heyəti ABŞ-nin Mayami şəhərində SWIFT tərəfindən təşkil olunmuş "SIBOS 2026" sərgi-konfransında iştirak edib. "Süni intellektə əsaslanan iqtisadiyyatlarda rəqəmsal maliyyə"

İranın Azərbaycandakı bankının mənfəəti və gəlirləri azalıb

2026-cı ilin yanvar-sentyabr aylarında "Bank Melli İran" Bakı filialının xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.2% azalaraq 3 milyon 144.2 min manat təşkil edib. 2025-ci ilin ilk 9 ayında filia

Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq  Aqro Forumda

8–10 oktyabr tarixlərində II Beynəlxalq Aqro Biznes Forumu keçirilib. Tədbirin baş sponsoru "Ziraat Bank Azərbaycan" ASC olub. Aqrar sektorun inkişafı, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və beynəlxal


iqtisadi xeberler 1000 manatla biznes pul qazanmaq rubl mezenne internetden pul qazanmaq