Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək.
Bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə əsasən 2026-2029-cu illərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması, o cümlədən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin vergi yükünün optimallaşdırılması, nağdsız ödənişlərin stimullaşdırılması, kənd təsərrüfatı istehsalçılarına dəstəyin artırılması, vergi güzəştlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklərin aparılması nəzərdə tutulub.
Balıqçılıq sahəsində dəstək mexanizmləri tətbiq ediləcək
Sənəddə həmçinin, əlverişli investisiya mühitinin yaradılması, xüsusilə balıqçılıq sahəsində dəstək mexanizmlərinin tətbiqi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli istehsalın stimullaşdırılması, eləcə də daxildə istehsal olunan avtomobillərin satışına və onların idxalına dair vergi güzəştlərinin təkmilləşdirilməsi tədbirləri görüləcək.
Azad edilmiş ərazilərdə fəaliyyət göstərən subyektlərin rezidentlik statusu tənzimlənəcək
Eyni zamanda vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi, bu çərçivədə iqtisadi fəaliyyət sahələri üzrə təmir və amortizasiya xərclərinin uçotu mexanizminin təkmilləşdirilməsi, güzəşt mexanizmlərinin optimallaşdırılması, eləcədə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təsərrüfat subyektlərinin rezidentlik statusunun tənzimlənməsi və müvafiq güzəştlərdən yararlanmasının təmin olunması tədbirləri görüləcək. / marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
Biznes təlimlər və tədris üsulları
Whatsapp biznesin üstünlükləri nələrdir?
ZARA-nın uğur hekayəsi
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes plan necə yazılır?