Aktivlərini 2,7 milyard manata çatdırıb, kredit portfeli sürətlə böyüyür - gəlirlərini 23%, mənfəətini isə 10% artırıb

Aktivlərini 2,7 milyard manata çatdırıb, kredit portfeli sürətlə böyüyür - gəlirlərini 23%, mənfəətini isə 10% artırıb"Bank Respublika" ASC 2025-ci ilin yanvar–sentyabr ayları üzrə (cari ilin 9 ayı) maliyyə nəticələrini açıqlayıb.
Marja.az xəbər verir ki, bank ötən ilin analoji dövrü ilə müqayisədə həm gəlirlilik, həm də aktivlər üzrə ciddi artım nümayiş etdirib. Bununla belə, xərclərin yüksəlməsi və ehtiyatların çoxalması xalis mənfəətin artım tempini nisbətən yavaşladıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Faiz gəlirləri 26%, faiz xərcləri isə 44% artıb
2025-ci ilin 9 ayında "Bank Respublika"nın faiz gəlirləri 217 milyon 737 min manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 45 milyon 119 min manat və ya 26,1% artım deməkdir. Əsas gəlir artımı kredit portfelinin genişlənməsi ilə bağlıdır.
Eyni zamanda, bankın faiz xərcləri 2024-cü ilin eyni dövründəki 63 milyon 182 min manatdan 90 milyon 839 min manata yüksəlib. Yəni xərclərdə 27 milyon 657 min manat və ya 43,8% artım qeydə alınıb.
Bu o deməkdir ki, faiz gəlirləri təxminən dörddə bir artdığı halda, faiz xərclərinin artım tempi iki dəfə daha yüksək olub. Nəticədə, xalis faiz gəliri (yəni faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərq) 126 milyon 898 min manata enib.
Əməliyyat gəlirləri və xərclərində paralel yüksəliş
"Bank Respublika" cəmi əməliyyat gəlirləri (faiz və qeyri faiz gəlirəri) 2025-ci ilin 9 ayında 247 milyon 946 min manat olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 47 milyon 218 min manat və ya 23,5% çoxdur.
Eyni dövrdə əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 189 milyon 318 min manata çatıb — bu, ötən ilin göstəricisi olan 143 milyon 589 min manatdan 45 milyon 729 min manat və ya 31,9% çoxdur. Başqa sözlə, gəlirlər 23,5% artdığı halda, xərclər 31,9% artıb. Bu fərq gəlirlilik marjasını azaltsa da, bankın fəaliyyət miqyasının böyüdüyünü göstərir. Göründüyü kimi, xərclərin artım tempi gəlirlərin artım tempinə yaxınlaşıb, bu da gələcək dövrlərdə mənfəət marjasına müəyyən təzyiq yarada bilər.
Ehtiyatlar 64% artıb, xalis mənfəət 43 milyon manatı ötüb
"Bank Respublika" 2025-ci ilin 9 ayında mümkün zərərlər üçün 3 milyon 959 min manat ehtiyat ayırıb. Bu rəqəm ötən ilin analoji dövründəki 2 milyon 418 min manatdan 63,7% çoxdur.
Buna baxmayaraq, bank xalis mənfəətini 43 milyon 168 min manata qədər artırıb. Ötən ilin 9 ayında bu göstərici 39 milyon 273 min manat idi. Yəni, mənfəət 3 milyon 895 min manat və ya 9,9% artıb. Bu artım əvvəlki illərlə müqayisədə daha mülayim olsa da, artım tendensiyasının davam etməsi bankın sabit fəaliyyətini göstərir.
Aktivlərdə 25%-ə yaxın artım
30 sentyabr 2025-ci il tarixinə bankın cəmi aktivləri 2 milyard 717 milyon manat təşkil edib. İlin əvvəlinə bu göstərici 2 milyard 176 milyon manat idi. Yəni aktivlər 541 milyon manat və ya 24,9% artıb. Bu artım, əsasən, kredit portfelinin genişlənməsi və investisiya aktivlərinin artması hesabına baş verib. "Bank Respublika" bu göstərici ilə ölkənin aktivlərinə görə ilk 5 kommersiya bankı sırasında yer almaqda davam edir.
Kredit portfeli 1,58 milyard manata yaxınlaşıb
"Bank Respublika" kredit portfeli 2024-cü ilin sonuna nisbətən 105 milyon manat və ya 7,2% artaraq 1 milyard 577 milyon manata yüksəlib.
Portfelin strukturu aşağıdakı kimidir:
Biznes kreditləri: 1 milyard 69 milyon manat (ümumi portfelin 68%-i)
İstehlak kreditləri: 342 milyon manat (22%)
İpoteka kreditləri: 165 milyon manat (10%)
Biznes kreditləri: Artım 5,5% ilə digər seqmentlərə nisbətən nisbətən aşağıdır. 
İstehlak kreditləri: 9,7% artım tempi ilə biznes kreditlərini üstələyir. Bu bankın istehlak seqmentində də aktiv olduğunu göstərir.
İpoteka kreditləri: 12,9% artım — ən yüksək faizli artım tempinə malik seqmentdir.
Ümumilikdə ipoteka portfeli hələ də ümumi portfelin yalnız 10%-ni təşkil edir, amma artım tempinə görə perspektivli seqment kimi çıxış edir.
Struktur dəyişiklikləri:
Biznes kreditlərinin payı 66,5%-dən 67,8%-ə yüksəlib,
İstehlak kreditlərinin payı 21,2%-dən 21,7%-ə,
İpoteka kreditləri payı isə 9,9%-dən 10,5%-ə qalxıb.
Biznes kreditlərinin payının yüksək olması real sektorun dəstəklənməsinə yönəlik siyasətin davam etdiyini göstərir.
"Bank Respublika"nın öhdəlikləri 25% artaraq 2,49 milyard manata çatıb
2025-ci ilin 30 sentyabr tarixinə "Bank Respublika" ASC-nin cəmi öhdəlikləri 2 milyard 487 milyon manat təşkil edib. Bu, 2024-cü ilin sonu ilə müqayisədə 509 milyon manat və ya 25,7% artım deməkdir.
Artımın əsas səbəbləri arasında depozit portfelinin genişlənməsi və kredit təşkilatları qarşısında öhdəliklərin əhəmiyyətli dərəcədə artması göstərilir.
Depozitlərdə struktur dəyişib: hüquqi şəxslərin payı artıb
Bankın cəmi depozit portfeli 1 milyard 515 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 167 milyon manat və ya 12,4% artım deməkdir.
Amma strukturda dəyişiklik baş verib:
Fiziki şəxslərin depozitləri 636 milyon manatdan 602 milyon manata enib — 5,3% azalma.
Hüquqi şəxslərin depozitləri isə 711 milyon manatdan 912 milyon manata yüksəlib — 28,3% artım. Bu, korporativ müştərilərin bankla əməkdaşlığını genişləndirdiyini göstərir.
Maliyyə institutları qarşısında öhdəliklər 65% artıb – Bankın resurs bazası güclənir
2025-ci ilin 30 sentyabr tarixinə "Bank Respublika"nın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 864 milyon 60 min manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 523 milyon 479 min manat göstərici ilə müqayisədə 340 milyon 581 min manat və ya 65,1% artım deməkdir.
Bu artım bankın beynəlxalq və yerli maliyyə tərəfdaşları ilə əməkdaşlığını daha da genişləndirdiyini, həmçinin aktivlərin maliyyələşməsi üçün əlavə resurs cəlb etdiyini göstərir. Belə bir strategiya, xüsusilə kredit portfelindəki 10,5%-lik artım fonunda tam məntiqli görünür — yəni bank kredit fəaliyyətini genişləndirmək üçün daha çox resurs toplayıb.
Maliyyə institutlarından borclanma həm qısamüddətli likvidlik tələbatlarını qarşılamaq, həm də uzunmüddətli kredit layihələrinin maliyyələşdirilməsi üçün istifadə oluna bilər.
Resurs strukturundakı pay artımı
Əgər 2024-cü ilin sonuna bu mənbə (kredit təşkilatları və digər maliyyə institutlarından cəlb edilən resurslar) bankın ümumi öhdəliklərinin təxminən 26,5%-ni təşkil edirdisə, 2025-ci ilin sentyabrına bu pay 34,7%-ə yüksəlib. Bu, bankın depozitlərdən daha çox institusional maliyyə mənbələrinə yönəldiyini göstərir.
Kredit təşkilatları və digər maliyyə institutlarından cəlb edilən resurslar cəmi öhdəliklərdə xüsusi çəkisinin artması bir tərəfdən maliyyə dayanıqlığının artırılması və resursların diversifikasiyası baxımından müsbət addımdır, digər tərəfdən isə borc yükünün və faiz xərclərinin artması riskini də daşıyır.
Kapital 20% artıb — dayanıqlıq güclənir
30 sentyabr 2025-c il tarixində "Bank Respublika"nın məcmu kapitalı 249 milyon manata çatıb, bu da ötən ilin sonu ilə müqayisədə 42 milyon manat və ya 20,4% artım deməkdir. Bu, bankın kapital adekvatlığının və riskə davamlılığının gücləndiyini təsdiqləyir.
Ümumi təhlil
Ümumi mənzərə göstərir ki, "Bank Respublika" 2025-ci ilin 9 ayında böyümə və dayanıqlılıq arasında balansı qorumağa nail olub. Bankın gəlirləri və aktivləri əhəmiyyətli dərəcədə artsa da, xərclərin və ehtiyatların yüksəlməsi mənfəət marjasını məhdudlaşdırıb. Maliyyə göstəriciləri baxımından, "Bank Respublika" sektorun ən sabit və ardıcıl artım nümayiş etdirən iştirakçılarından biri olaraq qalır.

Aktivlərini 2,7 milyard manata çatdırıb, kredit portfeli sürətlə böyüyür - gəlirlərini 23%, mənfəətini isə 10% artırıbAktivlərini 2,7 milyard manata çatdırıb, kredit portfeli sürətlə böyüyür - gəlirlərini 23%, mənfəətini isə 10% artırıbAktivlərini 2,7 milyard manata çatdırıb, kredit portfeli sürətlə böyüyür - gəlirlərini 23%, mənfəətini isə 10% artırıb

Banklar     Tarix: 24 oktyabr 2025

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi


iqtisadi xeberler leobank kart bitkoin almaq valyuta xeberleri 1000 manatla biznes