"Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası" təsdiqlənib
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası "Aktuari rəyinin məzmunu, forması və təqdim edilməsi Qaydası"nı təsdiq edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, aktuari rəyinin məzmununda məsul aktuari, eləcə də ümumi məlumatlar, sığortaçı və aktuar hesablamaların aparılması və nəticəsi haqqında məlumatlar əks olunacaq.
Həmçinin sığorta haqları və sığorta ödənişlərində sığortaçının hesabat tarixinə bütün sığorta portfeli, əsas sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişlərinin ən azı son 3 il üzrə keçmiş illərin eyni dövrləri ilə müqayisə edilməklə artım və yaxud azalma dinamikasının və əsas sığorta növləri üzrə sığorta haqlarının, gözlənilən və baş vermiş zərərlərin, həyatın yığım sığortası və 3 ildən artıq müddətə bağlanılan digər sığorta müqavilələri ilə bağlı aktuar fərziyyələri üzrə isə gözlənilən və baş vermiş zərərlərin müxtəlif seqmentlərə uyğun olaraq konsentrasiyasının təhlili də yer alacaq.
Sığorta ehtiyatları hesablanarkən isə sığortaçının hesabat tarixinə formalaşdırdığı sığorta ehtiyatlarının, o cümlədən xalis sığorta ehtiyatlarının hər bir növünün ən azı son 3 il üzrə keçmiş illərin eyni dövrləri ilə müqayisə etməklə artım və yaxud azalma dinamikasının təhlili əks olunacaq.
Sığortaçının alınmalı olan sığorta (təkrarsığorta) haqlarının (gecikdirilməsi "0-30 gün", "31-45 gün", "46-60 gün", "61-90 gün", "90 gündən çox" formada bölgüsü aparılmaqla) geniş təhlili və ən azı son 3 ilin statistik məlumatlarına əsaslanaraq onların likvidliyinin qiymətləndirilməsi həyata keçiriləcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
© "Report"

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Mcdonalds françayzinqi neçiyədir?
Kriptovalyuta nədir?
Biznes nədir və hansı növləri var?
Biznes qurmaq üçün nə lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası