Amazon Türkiyədə ilk logistika bazasını - AÇIB
ABŞ-ın e-ticarət nəhəngi Amazon 100 milyon dollarlıq sərmayə ilə Türkiyədə ilk logistika bazasını işə salıb.
FED.az xəbər verir ki, Amazon-un logistika bazası artan müştəri tələbatını ödəməyə və sifarişləri daha sürətli çatdırmağa kömək edəcək.
Amazon əvvəllər podratçı şirkətlər vasitəsilə logistika xidmətləri alırdı. İstanbulun Tuzla səmtində qurulan bazanın bir il ərzində mindən çox yeni iş yeri təmin edəcəyi gözlənilir.
Amazon-un Türkiyə üzrə meneceri Richard Marriott, "Türkiyədə ilk logistik bazamızı açdığımız üçün həyəcanlıyıq. Ən son texnologiyalarla təchiz olunmuş yeni logistika bazamız, bizneslərini daha da genişləndirmək üçün Amazon.com.tr-də satışını həyata keçirən və son bir ildə sayı 50 faiz artan kiçik və orta müəssisələrin dəstəklənməsinə əhəmiyyətli töhfələr verəcək",- deyib.
Amazon vasitəsilə satış həyata keçirən Türkiyə kiçik və orta müəssisələrinin sayı keçən illə müqayisədə 50% artaraq 25 mini keçib. (Marja)

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Onlayn biznes ideyaları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
İKEA şirkətinin tarixi
SEO nədir və Google axtarışda necə 1-ci olaq?