Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb.
2026-cı ilin Avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon 974 min ədəd olub. 2025-ci ilin avqustunda göstərici 21 milyon 129 min ədəd idi.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Marja.az Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında hesablayıb ki, kartların sayı 1 milyon 845 min ədəd və ya 8,7% artıb.
Avqustda nağdsız kart ödənişləri 8,9 milyard manata yaxın olub
2026-cı ilin avqustunda ölkədaxili nağdsız kart ödənişlərininhəcmi 8 milyard 888 milyon manat olub. 2025-ci ilin avqustunda bu göstərici 8 milyard 172 milyon manat idi. Beləliklə, ötən ilin eyni ayı ilə müqayisədə artım 716 milyon manat və ya 8,8% təşkil edib. Elektron ticarət üzrə ödənişlər 7 milyard 153 milyon manatdan 7 milyard 682 milyon manata yüksəlib.
2026-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 888 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 682 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir.
Qeyd edək ki banklar və "Azərpoçt" MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı müvafiq dövrə nəzərən 8.9% artaraq 22 milyon 785 min ədəd təşkil etmişdi. Ödəniş kartlarında debet kartlarının sayı 10.5% artmış, kredit kartlarının sayı isə 4.6% azalmışdı. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13.9% artmışdı. 2026-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 712 milyon manat təşkil etmişdi. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 455 milyon manatı elektron ticarətin payına düşür.
Qalan məbləğin 1 milyard 255 milyon manatı POS-terminallar, 2 miyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8%-ni təşkil etmişdir.
Beləliklə, aylıq ölkədaxili nağdsız kart ödənişlərinin həcmi 9 milyard 712 milyon manatdan (İyul 2026) 8 milyard 888 milyon manata (Avqust) düşüb (824 milyon manat azalıb).

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Mcdonalds françayzinqi neçiyədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ev şəraitində pul qazanmağın yolları