AMB-dən bazara müdaxilə: ilin sonuna pul təklifinin artım proqnozu azaldılır

AMB-dən bazara müdaxilə: ilin sonuna pul təklifinin artım proqnozu azaldılırÖtən iclasdan bəri Azərbaycanda monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam etmişdir.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının bu gün faiz dərəcələrinin parametrlərinə dair açıqladığı press-relizə istinad edir.
Manatın nominal effektiv məzənnəsinin 8 ayda 6.1% möhkəmlənməsi cari ildə inflyasiyaya məhdudlaşdırıcı təsir edən əsas amillərdən biri olmuşdur. İyul və avqust aylarında bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir etmişdir.
Pul siyasəti üzrə yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması həm cari dövrdə, həm də ortamüddətli dövrdə qiymət sabitliyinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılması gözlənildiyi kimi sterilizasiya əməliyyatlarının həcminin artması ilə müşaiyət olunur. Belə ki, bank sisteminin likvidlik mövqeyində struktur profisitinin mövcudluğu şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə, xüsusən də sterilizasiya yönümlü daimi imkanlar alətinə tələbat yüksəkdir. Sentyabr ayının 15-dən başlayaraq banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması da likvidliyin idarə olunması vasitəsilə inflyasiya proseslərinə azaldıcı təsir göstərir.
Yeni çeşiddə sterilizasiya əməliyyatlarının işə düşməsi ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılmışdır.
Fiskal əməliyyatların monetar şəraitə təsiri və banklararası bazardakı vəziyyətdən asılı olaraq ilin qalan dövründə əlavə sterilizasiya məqsədilə müxtəlif müddətlər üzrə not və REPO hərraclarının keçirilməsinə baxıla bilər.
Monetar alətlərin yeni konfiqurasiyada tətbiqi, eləcə də alternativ əməliyyat platformasının təklif olunması banklararası kredit bazarına da müsbət təsir etməkdədir. Sentyabr ayının ötən dövründə "Blumberq" ticarət sistemində ümumilikdə 101 mln. manat məbləğində 12 əqd bağlanmışdır.
Ötən iclasdan bəri dövlət qiymətli kağızları üzrə gəlirlik səviyyəsində, eləcə də depozit və kredit faizləri üzrə nominal faiz dərəcələrində cüzi yüksəlmə qeydə alınmışdır.
2022-ci ilin avqust ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 0.8%, ilin əvvəlinə nəzərən 11.8%, ötən ilin eyni ayına nəzərən isə 22.6% artmışdır. Mərkəzi Bankın tətbiq etdiyi pul siyasətinin və makroprudensial siyasətin kredit aktivliyinə təsirlərinin tədricən güclənəcəyi gözlənilir.

Banklar     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler pul qazanmaq dollarin kursu bu gun bitkoin almaq dollar məzənnəsi