AMB: Digər inzibati binalarla bağlı hələ qərar qəbul edilməyib
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il iyunun 22-də fəaliyyətini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 167 ünvanında yerləşən yeni inzibati binada davam etdirməsi fonunda digər inzibati binaları ilə bağlı vəziyyətə aydınlıq gətirib.
Qurumdan bildirilib ki, "Mərkəzi Bank haqqında" qanunun 2.2-ci maddəsinə əsasən AMB müstəqil balansa, nizamnamə fonduna və digər əmlaka malikdir.
Balansda olan əmlaka Mülki Məcəlləyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqları həyata keçirilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, AMB-nin razılığı olmadan fondunun və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir.
Həmin qanunun 6.2-ci maddəsinə əsasən AMB iqtisadi müstəqilliyə malik olmaqla aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. AMB-nin yeni izibati binasına köçmə prosesi ilə əlaqədar texniki işlərin tam başa çatdırılmaması ilə əlaqədar olaraq balansda olan digər inzibati binalarla bağlı hər hansı qərar qəbul edilməyib. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Start-up nədir?
İban nədir?
Biznes nədir?