AMB: "Heç bir bankla bağlı riskli vəziyyət yoxdur"
Hazırda Azərbaycanda heç bir bankla bağlı riskli vəziyyət yoxdur.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.
"Biz risk profilinə görə bankları kateqoriyalaşdırırıq və risk qiymətləndirilməsi çərçivəsində hansı banklar daha xüsusi yanaşma tələb edirsə, o banklarda daha sıx nəzarət rejimi yaradırıq. Amma bu o demək deyil ki, hansısa bankın vəziyyəti pisdir. Bütün məlumatlar şəffafdır. Biz banklardan tələb edirik ki, maliyyə hesabatlarını saytlarında açıqlasınlar. Bizim tələb olunan normativlərimiz bəllidir və həmin normativləri bankların açıqladığı məlumatlarla qarşılaşdırsanız görərsiniz ki, hazırda heç bir bankda kritik vəziyyət yoxdur. Sadəcə, bu normalar kimdə limitə yaxındırsa, onlarda nəzarəti daha sıx edirik ki, pisləşmə baş verməsin. Həmin bankların adlarını açıqlamaq bizim daxili nəzarət üzrə verdiyimiz qərardır. AMB yaxşı bilir ki, kimə daha sıx nəzarət etmək lazımdır", – deyə o qeyd edib. / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Cash Back nədir?
IBAN nədir?
ƏDV geri al və onun üstünlükləri
Proqramçılar üçün TOP-5 Freelance sayt