AMB: iqlim və ekolji risklər ölkə iqtisadiyyatı və maliyyə sektoruna təsirsiz ötüşməyəcək
Azərbaycan iqtisadiyyatı və maliyyə sektoru üçün iqlim və ekoloji, o cümlədən sosial amillərdən qaynaqlanan risklər həm qısamüddətli, həm də uzunmüddətli dövr üçün aktualdır.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının təsdiq etdiyi Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsində bildirilir.
AMB bildirir ki, hava temperaturunun artması və yağıntı normasının dəyişməsi kimi fiziki iqlim riskləri daşqınlar, quraqlıqlar, torpaq sürüşmələri və istilik dalğaları kimi təbii fəlakətlərin tezliyi və intensivliyinə təsir edərək, iqtisadiyyatın və əhalinin bu risklərə qarşı həssaslığını artırır.
"Bu risklər həmçinin maliyyə bazarlarında aktivlərə, dövlət və özəl investisiyalarına təsirsiz ötüşməyəcək. Bank sektoruna təsiri üzrə nümunəyə baxsaq, quraqlığın və su qıtlığının kənd təsərrüfatına mənfi təsiri bankların kənd təsərrüfatı portfelinin keyfiyyətinə təsir edə bilər"- deyə, AMB bildirir.
O da qeyd edilir ki, qlobal dekarbonizasiya çağırışlarından qaynaqlanan keçid riski və onun Azərbaycan iqtisadiyyatı və maliyyə sisteminə təsiri uzunmüddətli dövrdə qaçılmaz olacaq. Aşağı karbon və dekarbonizasiya ilə bağlı qlobal çağırışları nəzərə alaraq, Azərbaycanın istixana qazlarının azaldılması məqsədlərinə nail olmaq istiqamətində öhdəliyi həm dayanıqlı inkişafı dəstəkləyəcək, həm də qeyri-neft iqtisadiyyatına keçidin sürətləndirilməsi üçün mühüm zəmin yaradacaqdır.

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
AMB maliyyə qruplarına da nəzarət edəcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
İqtisadi modellər niyə artıq işləmir?
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Birbank xidmətinə necə qoşulmaq olar?
Layihə menecmenti nədir?
SMM nədir?
Fond birjası nədir?