AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarını konsolidasiyaya getməyə məcbur etmir.
Bu barədə qurumdan bildirilib.
"Konsolidasiya ilə bağlı qərarlar, ilk növbədə, bankların səhmdarlarının biznes strategiyası və kommersiya qərarları çərçivəsində formalaşır. AMB-nin rolu isə belə təşəbbüslərin qanunvericiliyin tələblərinə və prudensial meyarlara uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. Konsolidasiya kommersiya xarakterli danışıqları və konfidensial məlumatları ehtiva etdiyi üçün bu əməliyyat qanunvericiliyə uyğun olaraq yalnız AMB-nin razılığı tələb edilən mərhələyə çatdıqda, məsələ müəyyən edilmiş qaydada qiymətləndirilir və ictimaiyyətə açıqlanması tələb olunan məlumatlar müvafiq qaydada təqdim edilir.
Maliyyə sektoru ilə bağlı təşəbbüslər, AMB-nin təsdiq etdiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" ilə müəyyən edilib və Strategiyada bankların məcburi konsolidasiyasına dair hər hansı təşəbbüs nəzərdə tutulmayıb. Bankların öz təşəbbüsü ilə irəli sürülən və bank sektorunun dayanıqlığının gücləndirilməsinə xidmət edən konsolidasiya təşəbbüsləri isə qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilir", – deyə açıqlamada qeyd olunub. / banker.az

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?