AMB: Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar
Qəbul olunacaq kriptovalyuta haqqında qanun layihəsinə əsasən, kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar mütləq şəkildə Mərkəzi Bankdan lisenziya almalıdırlar.
Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Maliyyə Texnologiyaları və İnnovasiyalar Departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın Rəqəmsal Maliyyə Gündəliyi" mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, lisenziya almaq üçün kifayət qədər sərt və ciddi tələblər müəyyən edilib:
"Həmin tələblərə cavab verməyən təşkilatlar lisenziya ala bilməyəcəklər. Lisenziya əldə etdikdən sonra isə onların fəaliyyətinə davamlı nəzarət həyata keçiriləcək. Bu istiqamətdə çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması əsas prioritetlərdən biridir".
O qeyd edib ki, kriptoaktivlər və ümumilikdə kriptobazarda baş verən proseslər innovasiya və yeniliklər gətirsə də, bu sahə eyni zamanda ciddi risklər də daşıyır:
"Buna görə də Mərkəzi Bankın əsas məqsədi yalnız innovasiyaların təşviqi deyil, həm də maliyyə sabitliyinin və təhlükəsizliyin qorunmasıdır. Məhz bu səbəbdən qeyd olunan məsələlər həm qanun layihəsində, həm də sonradan qəbul ediləcək normativ qaydalarda öz əksini tapacaq". (Apa)
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların
Bitcoin-in qiyməti 60 min dollara düşdü
Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib. bizne
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
Bitcoin dəyər itirdi
Bitkoin bu ili mənfi göstəricilərlə başa vurmaq riski ilə üzləşib. xəbər verir ki, 2025-ci ildəki zirvəsindən təxminən 30% dəyər itirən Bitkoin qısa müddətdə 90 min dollardan aşağı düşərək həm texnoloji səhmləri, həm də AB
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"