AMB maliyyə bazarında davranış standartları üzrə yeni sənəd hazırlayıb
Azərbaycan Mərkəzi Bank (AMB) maliyyə bazarlarında fəaliyyət göstərən institutlar üçün bazar davranışlarına dair yeni metodoloji sənədi hazırlayıb.
Bunu AMB-nin Bazar davranışlarının tənzimlənməsi departamentinin Bazar davranışları siyasəti şöbəsinin rəisi Ülvi Qurbanov Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda forumda bildirib.
Onun sözlərinə görə, sənəd banklar, sığorta şirkətləri, investisiya və broker təşkilatları daxil olmaqla Mərkəzi Bank tərəfindən tənzimlənən bütün maliyyə institutlarını əhatə edəcək və yaxın zamanda sektora təqdim olunması nəzərdə tutulur:
"Bu metodologiya açıqlama və şəffaflıq, istehlakçılara ədalətli yanaşma, məhsulların istehlakçının maliyyə imkanlarına uyğun təqdim edilməsi, mübahisələrin effektiv həlli və məxfiliyin qorunması prinsiplərinə əsaslanır. Sənəddə rəqəmsal platformalarda təqdim olunan maliyyə xidmətləri ilə bağlı da xüsusi tələblər nəzərdə tutulur. Belə ki, elektron platformalarda maliyyə məhsulları təqdim edilərkən müqavilə şərtləri, ödəniş qrafiki, tariflər və risklər barədə məlumatların istehlakçılar üçün aydın və əlçatan formada təqdim olunması tələb edilir. Eyni zamanda, istehlakçı müqaviləni imzalamazdan əvvəl xüsusi xəbərdarlıq pəncərəsində məhsulun riskləri və tutulacaq xidmət haqları barədə məlumatlandırılmalıdır". / banker.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
SWIFT nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Evdə biznes qurmağın yolları