AMFA 3 təşkilatı xüsusi nominasiyalar üzrə mükafatlandırıb - ADLARI

AMFA 3 təşkilatı xüsusi nominasiyalar üzrə mükafatlandırıb - ADLARI2025-ci il aprelin 18-də Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 17-ci İllik Təltif Şam Ziyafəti baş tutduub.
AMFA-nın yaydığı məlumatda bildirilir ki, yüksək səviyyədə təşkil olunmuş tədbirdə dövlət qurumlarının, xarici səfirliklərin, bank və bank olmayan kredit təşkilatlarının, sığorta şirkətlərinin, biznes assosiasiyalarının, həmçinin yerli və beynəlxalq mikromaliyyə qurumlarının rəhbərləri daxil olmaqla ümumilikdə 108 nümayəndə iştirak edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ziyafət Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank ASC-nın eksklüziv, fəal üzv bank olmayan kredit təşkilatları  "Prior", "Monetri", "AqrarKredit" QSC, "PARABOKT" ASC, "Avrasiya-Kredit", ölkənin tanınmış sığorta şirkətləri "Mega Sığorta" ASC, "Mega Həyat" ASC, innovativ maliyyə texnologiyaları üzrə ixtisaslaşmış " Fimple " şirkətinin gümüş tərəfdaşlığı ilə həyata keçirilib.
Tədbirin rəsmi hissəsində AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev Assosiasiyanın mikromaliyyə sektorunun inkişafına verdiyi töhfələri vurğuladı. AMFA-nın İcraçı direktoru Jalə Hacıyeva çıxışı zamanı Assosiasiyanın son illərdəki fəaliyyətinə – sektorun transformasiyası, rəqəmsallaşma və regional layihələrin təşviqi sahəsində atılmış mühüm addımlara diqqət çəkdi.
Çıxış edən qonaqlar sırasında Azərbaycan Respublikası Mərkəzi Bankının Bank Olmayan Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin direktoru Xəyyam İsmayılov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, PAŞA Bank ASC-nin Maliyyə İnstitutları şöbəsinin baş müştəri təmsilçisi Əzim Qarayev, İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Qanunvericiliyin Monitorinqi və Sahibkarlıq  Subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov və Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov AMFA ilə əməkdaşlığın əhəmiyyətini və sektorun davamlı inkişaf perspektivlərini iştirakçılarla bölüşüblər.
Tədbirin əsas məqsədi maliyyə institutları və tərəfdaş təşkilatlar arasında əməkdaşlığı gücləndirmək, sektor üzrə qabaqcıl təcrübələrin paylaşılmasını təşviq etmək və nümunəvi fəaliyyət göstərən üzv təşkilatları təltif etməklə səmərəli fəaliyyətlərini dəstəkləmək idi.
AMFA-nın Mükafat Komitəsinin qərarı ilə aşağıdakı təşkilatlar xüsusi nominasiyalar üzrə mükafatlandırılıb:
1. "Mikromaliyyə sektorunda çirkli pulların yuyulmasına qarşı effektiv mexanizmə malik təşkilat" nominasiyası üzrə – "City Finance" MMC
2. "Müştərilərə rəqəmsal maliyyə xidmətlərinin göstərilməsində lider mikromaliyyə təşkilatı" nominasiyası üzrə – "FINCA Azerbaijan" MM QBKT
3. "İlin innovativ məhsulunu təqdim edən qabaqcıl mikromaliyyə təşkilatı" nominasiyası üzrə – "EmbaFinance" QSC
Ziyafət çərçivəsində iştirakçılar arasında dünyagörüşü mövzusunda viktorina təşkil olunub.
Qaliblərə AMFA-nın növbəti tədbiri – "İşə qayıdış" piknikinə xüsusi dəvətnamələr və kitab-hədiyyə kuponları təqdim edildi. Tədbirdə, iştirakçılarla xatirə fotosu çəkilib. / marja.az

Banklar     Tarix: 22 aprel 2025

Oxşar xəbərlər

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər


iqtisadi xeberler bitcoin qiymeti dollar kursu emlak xeberleri iqtisadiyyat xeberleri