"Anglo Asian Mining" ABB-dən cəlb etdiyi krediti 15 milyon dollara çatdırıb
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti "Anglo Asian Mining PLC" (AAM) şirkəti "Azərbaycan Beynəlxalq Bankı"ndan (ABB) mövcud kredit xətti üzrə əlavə 5 milyon ABŞ dolları kredit cəlb edib.
AAM-in ABB-dən əldə etdiyi ümumi kreditin həcmi 15 milyon ABŞ dollarına (25.5 mln. AZN) çatıb.
Qeyd edək ki, ABB tərəfindən mədən şirkətinə açılmış ümumi kredit xəttinin həcmi 32.3 milyon dollardır. "Anglo Asian Mining" həmçinin, ötən il "Access Bank"dan 5.6 milyon ABŞ dolları məbləğində kredit cəlb edib.
Xatırladaq ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları