Aqrar sığortada yarım milyard manata yaxın təminat

Aqrar sığortada yarım milyard manata yaxın təminatAzərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizminin əhatə dairəsi genişlənir, sığortadan istifadə edən təsərrüfatların sayı artır.
Aqrar Sığorta Fondunun məlumatlarına görə, 2026-cı ilin ilk 6 ayında ölkə üzrə 341 min hektardan artıq əkin sahəsi və 3 300-dən artıq kənd təsərrüfatı heyvanı sığortalanıb.
Hesabat dövründə ölkə üzrə əkin sahələrinin sığortalanması ilə bağlı 54 829 sığorta müqaviləsi bağlanılıb və 341 224 hektar əkin sahəsi sığortalanıb.
Aqrar Sığorta Fondu tərəfindən sığortalana bilən 41 bitki və bitki məhsulundan 32-si üzrə sığorta müqaviləsi bağlanılıb. Bunlara taxıl bitkiləri – arpa, buğda və çəltiklə yanaşı, qarğıdalı, pambıq, qoz, fındıq, alma, nar, şaftalı, üzüm, tütün, nektarin, badam, xurma, gilas, çay, ərik, naringi, armud, zeytun, limon, günəbaxan, qarpız, heyva, portağal, yonca, alça, pomidor, baş soğan və sair daxildir. Hesabat dövründə Azərbaycanın bütün rayonlarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə də əkin sahələri sığortalanıb.
Sığortalanan əkin sahələrinin böyük hissəsi arpa (167 min hektar), buğda (148 min hektar) və qarğıdalının (11 min hektar) payına düşür. Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış əkin sahələri üzrə 11 milyon 941 min manat sığorta haqqı toplanıb, sığorta təminatının məbləği isə 458 milyon manatdan artıq olub.
2026-cı ilin yanvar–iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən ölkə üzrə 3 344 baş kənd təsərrüfatı heyvanı sığortalanıb. Bu müqavilələr üzrə 4 milyon 349 min manat sığorta haqqı toplanıb və təsərrüfatlara 24,1 milyon manat məbləğində sığorta təminatı verilib.
Ümumilikdə, ilin ilk yarısında təsərrüfatların sığortalanması üzrə 16 milyon 291 min manat sığorta haqqı toplanıb, ümumi sığorta təminatı isə 482,4 milyon manat təşkil edib.
Hazırda ölkədə çəltik və qarğıdalı sahələrinin sığortalanması davam edir. Aqrar Sığorta Fondu bu sahədə çalışan fermerləri və təsərrüfatları avqustun 20-dək çəltik və qarğıdalı sahələrini sığortalamağa çağırır.
Xatırladaq ki, Aqrar Sığorta Fondu tərəfindən 41 bitki və bitki məhsulu, eləcə də mal-qara və xırdabuynuzlu heyvanlar sığortalanır. Aqrar sığortaya dövlət dəstəyi – subsidiya tətbiq edilir, yəni sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığortalaya bilirlər.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür. / marja.az

Banklar     Tarix: 14 avqust 2026

Oxşar xəbərlər

Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq

Bankın yaydığı bildirişə görə, yığıncaq 8 sentyabr 2026-cı il tarixində saat 17:00-da Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən "Rabitabank" ASC-nin Baş ofisində keçiriləcək. Yığıncağın hibrid formatda

Çəltik sahələrinin sığortası davam edir – ŞƏRTLƏR, MƏBLƏĞLƏR – SON 10 GÜN

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində çəltik sahələrinin sığortalanması davam edir. Aqrar Sığorta Fondu bildirir ki, fermerlər və təsərrüfat rəhbərləri öz çəltik əkini sahələrin

Expressbank eyni gündə 2 filial açıb

Expressbank xidmətlərini müştərilərinə daha yaxın etmək məqsədilə filiallarının sayını 18-ə çatdırıb. Bakının Bakıxanov və Həzi Aslanov ərazilərində Bankın iki yeni filialı eyni gündə fəaliyyətə başlayıb. Belə ki, Bankı

Xalq Bankda Landau məktəbliləri üçün bankçılıq üzrə təlim keçirildi

Xalq Bank məktəblilərin maliyyə sahəsi haqqında biliklərinin genişləndirilməsi və bank sektoru ilə ilkin tanışlıq məqsədilə Landau məktəbinin 9–10-cu sinif şagirdləri üçün maarifləndirici təlim həyata keçirdi. Proqram çərçivəsind

"Bank VTB Azərbaycan"ın kapital strukturu cari maliyyə göstəricilərinə uyğunlaşdırılıb

"Bank VTB Azərbaycan" ASC-nin səhmdarlarının iyulun 3-də keçirilmiş növbəti ümumi yığıncağında Bankın nizamnamə kapitalını 3,3 dəfə azaldılaraq 315 milyon 815 min manatdan 94 milyon 744,5 min manata endirilməs

ADB Azərbaycanda kapital bazarının inkişafı üçün texniki yardımı təsdiqləyib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edəcək kapital bazarının inkişafı proqramı çərçivəsində texniki yardımı təsdiqləyib. ADB-yə istinadən verilən məlumata görə, proqramın maliyyələşdirilməs

DSX işçilərinə – XÜSUSİ TƏKLİF

Expressbank Dövlət Sərhəd Xidməti İşçilərinin Peşə Bayramı Günü münasibətilə bu sahədə çalışanlara özəl istehlak kreditinin illik faiz dərəcəsinə endirim təklif edir. Təklif çərçivəsində sözü gedən peşə sahibləri 70 00 manatadə

ASA-nın İcraçı direktorunun adına saxta hesab yaradılıb yanlış məlumatlar paylaşılır - RƏSMİ AÇIQLAMA

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Abas Miskərlinin adına saxta "Telegram" kanalı yaradılıb. ASA-dan verilən rəsmi açıqlamada bildirilir ki, saxta profillərdə

VTB-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir

11 Sentyabr 2026-cı il tarixində "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcəkdir. Tədbir Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən bankın Baş ofisində saat 12:00-d


iqtisadi xeberler biznes xeberleri online pul qazanmaq leobank kart valyuta xeberleri