"ARDNF-in Türkiyə Mərkəzi Bankındakı depoziti sabit qiymətli kağızlara yönəldilib"
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankındakı 1 milyard avro depozitini götürərək sabit qiymətli kağızlara yönəldib.
Bunu Fondun icraçı direktoru İsrafil Məmmədov bildirib.
"ARDNF 2022-ci ilin yanvar ayında ümumi məbləği 1 milyard avro olan və qaytarılma müddəti 6 ay təşkil edən depoziti mərhələli şəkildə Türkiyə Mərkəzi Bankında yerləşdirib. Sözügedən depozitin müddətləri bitdikcə 2022-ci, 2023-cü və 2024-cü illərdə yenidən uzadılıb. Ötən il tərəflər depozitin tədricən geri çəkilməsinə qərar verib. Bu qərar həm Türkiyə Mərkəzi Bankının valyuta rezervlərində borclanma səviyyəsinin azaldılması strategiyası, həm də ARDNF-in düşən faiz dərəcələri şəraitində qısa müddətli depozitlərin daha uzunmüddətli istiqrazlar ilə əvəzlənməsi strategiyası çərçivəsində verilib. Belə ki, 1 milyard avro olan depozitin 800 milyon avroluq hissəsi müddəti bitdiyi üçün iyul ayında, 200 milyon avroluq hissəsi isə müddəti bitdiyi üçün oktyabr ayında ARDNF-ə qaytarılıb və Fondun investisiya strategiyası çərçivəsində həmin vəsait sabit gəlirli qiymətli kağızlar üzrə müvafiq şəkildə yerləşdirilib", – deyə o qeyd edib. / banker.az

"7 Gözəl" şadlıq evində də nöqsanlar aşkar edilib
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
ABB Özbəkistandakı "Davr Bank"da pay alır
AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir
PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub
ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır
"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər
Expressbankda Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib
IMEI kod nədir?
"Freelance" nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
SMM nədir?