"Arşın mal alan" milli silsiləvi satış-sərgi yarmarkası - KEÇİRİLƏCƏK
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyası (KOBKSA) və "Kazımlı Agency"nin təşkilatçılığı ilə 5-7 avqust tarixlərində "Şərq Bazarı"nda "Arşın mal alan" milli silsiləvi satış-sərgi yarmarkasının 1-si təşkil olunacaq.
FED.az xəbər verir ki, tədbirin təşkilində əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılmasıdır.
Yarmarkada 90 biznes subyekti tərəfindən 3 gün müddətində tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olunacaq. Tədbir çərçivəsində həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün ikitərəfli görüşlər və tanınmış ekspertlərin iştirakı ilə məsləhət saatları təşkil olunacaq, uğurlu iş adamları ilə təcrübə mübadiləsi, tanınmış simalarla görüş imkanı yaradılacaqdır. Bundan başqa əyləncəli konsert proqramı, uşaqlar üçün master klaslar və s. də təşkil ediləcək.
Qeyd edək ki, tədbirin təşkilatçı tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Təşkilatlarınin Milli Şurasıdır. Tədbirin informasiya dəstəkçiləri isə Xəzər Media Mərkəzi, Trend müstəqil informasiya agentliyi (trend.az) və BiG.AZ xəbər portalıdır.
Qeyd edək ki, "Arşın mal alan" milli silsiləvi satış sərgi yarmarkası silsiləvi xarakter daşıyır və növbətisi sentyabr ayının 9-11 tarixlərində baş tutacaq.
Keçiriləcək yarmarkalarda iştirak etmək istəyən sahibkarlar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Azərbaycan-Oman Birgə İnvestisiya Fondunun "AzərTürk Bank"dan əldə edəcəyi payın həcmi məlum olub
Yanğın və digər risklərdən sığorta üzrə ödənişlər 56% artıb
Azərbaycanda bank müştərilərinin sayı 17 milyona yaxınlaşdı
Məhdudiyyətlər ölkədaxili nağdsız kart ödənişlərinin həcmini azaldıb - 24 milyon manatlıq geriləmə
ZARA-nın uğur hekayəsi
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Startup nədir və necə olur?
Birbank xidmətinə necə qoşulmaq olar?