"Arşın mal alan" satış sərgi yarmarkasının açılıb - FOTOLAR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBKSA) və "Maricel Astara Resort"un birgə təşkilatçılığı ilə 28 oktyabr tarixində "Arşın mal alan" milli silsiləvi satış sərgi yarmarkasının açılışı baş tutub. 
FED.az xəbər verir ki, Astara Dənizkənarı Park-Bulvar Kompleksində yerləşən "Maricel Astara Resort"da keçirilən sərgidə Bakı və cənub bölgəsindən ümumilikdə 50-yə yaxın KOB subyekti təmsil olunur. 
Açılış nitqində KOBSKA-nın sədri Nigar Ələsgərova tədbirin əsas məqsədinin mikro və kiçik sahibkarlıq subyektlərinin satış imkanlarının və KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də yerli məhsulların tanıdılması olduğunu bildirdi. Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi də çıxış etdi. 
Sərgi yarmarkada  tekstil, qida, aksesuar, kosmetika, oyuncaq, ev üçün əşyalar və s. məhsullar, eləcə də xidmətlər təqdim olundu. Bundan başqa, yarmarkada gün boyu Lənkəran Regional Mədəniyyət İdarəsi, Astara rayon Mədəniyyət Mərkəzi tərəfindən əyləncəli konsert proqramı təşkil olundu. 
2-ci "Arşın mal alan" Milli Silsiləvi satış-sərgi yarmarkasının informasiya tərəfdaşı Xəzər Media Mərkəzidir.

Biznes     Tarix: 28 oktyabr 2022

Oxşar xəbərlər

"Azərsun"un 103 milyonluq şirkəti – MMC-yə ÇEVRİLİR

"Azərsun Kağız və Karton İstehsalat Korporasiyası" ASC (VÖEN: 290107511) təşkilatı hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət MMC-yə çevrildiyini elan edib. "Azərsu

33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR

"Orbita-Market" MMC (VÖEN: 160060231) nizamnamə kapitalını yenidən azaldır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 235 min manatdan 188 min manata – yəni 47 min manat azaldılır

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA

Bakıda ənənəvi olaraq hər il keçirilən "Formula-1" yarışları təkcə ölkəyə gələn turistlərin və otellərdəki qonaqların sayını artırmır. "Formula 1" Azərbaycan qran-prisi kirayə mənzillərin qiymətini bahalaşdırd

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c

Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu

Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. xəbər verir ki, kampaniya çərçivəsində 13 həftə ərzind

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı


iqtisadi xeberler biznes krediti rubl mezenne online pul qazanmaq biznes qurmaq