Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – LXəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevin və şeyxin iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.
Azərbaycan İnvestisiya Holdinqi və L"İMAD Strateji Əməkdaşlıq Sazişi imzalayıblar
FED.az xatırladır ki, imzalanan sənədlərin əksəriyyəti maliyyə iqtisadi yönümlüdür, daha dəqiqi bu sənədlər Birləşmiş Ərəb Əmirliklərinin müxtəlif şirkətlərinin Azərbaycana iri yatırımlarını nəzərdə tutur.
Bu sənədlərin biri Azərbaycanın iri dövlət qurumlarının toplandığı Azərbaycan İnvestisiya Holdinqi ilə L"IMAD HOLDING COMPANY PJSC arasında imzalanmış Strateji Əməkdaşlıq Sazişidir.
Hələlik strateji əməkdaşlığın nədən ibarət olacağı açıqlanmır, məlum olan odur ki, ötən il iki ölkə arasında imzalanmış sazişə görə, hazırda nəzarət səhm zərfi SOCAR-a məxsus olan "Azər Türk Bank"ın səhmlərinin ərəb şirkətlərinə satışı nəzərdə tutulurdu. Hələlik bu sahədə ciddi yenilik yoxdur.
Əvəzində İnvestisiya Holdinqinin əməkdaşlığa başladığı ərəb şirkətinin imkanları diqqəti cəlb edir – çünki "L"IMAD" adi özəl ərəb şirkəti deyil.
L"IMAD Holding Company Əbu-Dabi hökumətinin suveren investisiya platformasıdır. Holdinqin çətiri altında elektrik və su, aviasiya, limanlar, dəmir yolu, bank, səhiyyə, daşınmaz əmlak, avtomobil sənayesi və qlobal aqrobiznes aktivləri cəmləşib.
2026-cı ildə L"IMAD daha da böyüyüb: Əbu-Dabinin Ali Maliyyə və İqtisadi Məsələlər Şurası L"IMAD və ADQ-nun aktiv və investisiyalarının L"IMAD çətiri altında birləşdirilməsinə qərar verib.
Qeyd edək ki, indiyədək ADQ özü Yaxın Şərqin ən iri holdinq strukturlarından biri idi və enerji, kommunal xidmətlər, ərzaq və kənd təsərrüfatı, səhiyyə, əczaçılıq, nəqliyyat və logistika kimi sahələrdə böyük portfelə malikdir.
L"IMAD-ın İdarə Heyətinin sədri Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Al Nəhyandır, baş direktor və idarəedici direktor isə Jassem Mohamed Bu Ataba Al Zaabidir.
L"IMAD əslində nə qədər böyükdür?
Ərəblərin investisiya nəhəngi sayılan L"IMAD-ın portfelinə hazırda: 25 investisiya şirkəti və platforması, 250-dən çox törəmə şirkət daxildir. 
Təkcə L"IMAD-ın tərkibinə keçirilən ADQ-nun aktivləri 2025-ci ilin ortalarında 263 milyard ABŞ dollarından çox olub. Burada artıq şirkətin real gücü görünür. Rəsmi Əbu-Dabi açıqlamasında L"IMAD portfelinin aparıcı aktivləri sırasında TAQA, Modon Properties, Etihad Airways, PureHealth, Etihad Rail, Wio Bank, AD Ports Group, McLaren və Louis Dreyfus xüsusi olaraq sadalanır.
Məsələn, TAQA Əbu-Dabinin enerji və kommunal xidmətlər nəhəngidir. Etihad Airways BƏƏ-nin əsas beynəlxalq aviaşirkətlərindən biridir. AD Ports Group liman, logistika, gəmiçilik və iqtisadi zonalarda fəaliyyət göstərən beynəlxalq qrupdur. PureHealth səhiyyə platformasıdır. Etihad Rail BƏƏ-nin milli dəmir yolu şəbəkəsini idarə edir, Wio Bank rəqəmsal bankdır,  Modon iri daşınmaz əmlak və şəhər inkişafı platformasıdır.
Daha maraqlısı, portfeldə McLaren və qlobal kənd təsərrüfatı və əmtəə nəhəngi Louis Dreyfus Company kimi beynəlxalq aktivlər də var.

Biznes     Tarix: 15 sentyabr 2026

Oxşar xəbərlər

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Azərbaycanda yeni agentlik - Fəaliyyətə başladı

Azərbaycan  Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviq


iqtisadi xeberler bitkoin emlak xeberleri internetden pul qazanmaq bitkoin almaq