Artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur - Birbanklılar üçün daha bir üstünlük
(®) Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə innovativ maliyyə həlləri təqdim etməyə davam edir. Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən sosial əməkdaşlıq nəticəsində Birbanklılar üçün ƏDV-ni geri almaq indi daha rahat oldu.
Belə ki, artıq Kapital Bank/Birbank və Paşa Bank-a məxsus pos terminallarla edilən ödənişlərdə ƏDV-ni geri almaq üçün QR kodu oxutmaq, qəbzləri skan etmək dövrü tarixə qovuşur. Birbank kartı ilə qeyd edilən pos terminallarda ödəniş zamanı qəbz avtomatik olaraq Birbank-ın "Son əlavə olunan çeklər" bölməsinə əlavə edilir və ƏDV növbəti 30 gün ərzində balansa yüklənir. Prosesə qoşulmaq üçün Birbank mobil tətbiqində "ƏDV geri al" bölməsində "Çekləri avtomatik əlavə et" düyməsini aktivləşdirmək yetərlidir.
İlk olaraq yalnız Birbank kartlarında aktiv olan bu yenilik mağaza, restoran, apteklər də daxil olmaqla ölkədə fəaliyyət göstərən bir çox ictimai iaşə obyektlərində keçərlidir. Yaxın zamanlarda layihənin bütün alış-veriş və xidmət nöqtələrini əhatə etməsi planlaşdırılır.
Ətraflı məlumat üçün:
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / marja.az

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
SWIFT nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Evdə biznes qurmağın yolları