Artıq Rabitəbank müştəriləri banka getmədən hesab aça biləcəklər
®Müştəriləri üçün xidmətlərini gündən-günə əlçatan edən Rabitəbank, yeni məsafədən hesab və biznes kartı açma xidmətini təqdim edir. Artıq hüquqi şəxslər və fərdi sahibkarlar filiala gəlmədən məsafədən bank hesabları və biznes kartı aça biləcəklər.
Beləliklə, müştərilər istədikləri yerdən hesab açaraq dəyərli vaxtlarını biznesin inkişafına sərf edə bilərlər. Bunun üçün isə ASAN imza olmağı kifayətdir.
Hesab açma mərhələsi necə gedir?
Tələb olunan sənədləri təqdim edirsiniz;
Sizə uyğun vaxtda video görüş təyin edirsiniz;
Bank tərəfdən sizə gələn müqavilələri imzalayıb, hesabı açırsınız.
Məsafədən hesab açılma prosedurunu İnternet Bankinq sistemi üzərindən https://rbt.az/hesab-ac həyata keçirə bilərsiniz.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla
"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda
"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı
Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano