Astanada Qazaxıstan-Azərbaycan Biznes Forumu keçirilib

Astanada Qazaxıstan-Azərbaycan Biznes Forumu keçirilibAstanada təşkil edilən Qazaxıstan-Azərbaycan biznes forumunda iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və yeni tərəfdaşlıq imkanları müzakirə olunub, sənədlər imzalanıb, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının iclası keçirilib.
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - FOTOLAR
FED.az xəbər verir ki, Astana şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə "Süni intellektin və sənaye təşəbbüslərinin inkişafı şəraitində iqtisadi əməkdaşlıq" mövzusunda Qazaxıstan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, ticarət, logistika, sənaye, İKT, nəqliyyat, kənd təsərrüfatı, tikinti, energetika, təhsil, maliyyə, eləcə də yüksək texnologiyalar və proqram təminatı kimi sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.
Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aydar Abildabekov Azərbaycanla  münasibətlərin dostluq və qarşılıqlı etimad prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, ticarət əlaqələrinin genişləndirilməsi əməkdaşlığımızın əsas istiqamətlərindən biridir və bu sahədə logistika xüsusi əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Qazaxıstan və Azərbaycan Avrasiya ticarət zəncirinin mühüm iştirakçılarıdır və qarşılıqlı nəqliyyat bağlantılarının gücləndirilməsi regionda yükdaşımaların həcmini  artıracaq.
İqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan və Qazaxıstanın iqtisadi əlaqələri son illərdə daha da genişlənərək yeni əməkdaşlıq istiqamətlərini əhatə edib. Qeyd olunub ki, iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 3 dəfəyədək artaraq 2025-ci ilin yanvar-sentyabr aylarında 568 milyon ABŞ dollarına çatıb. Nazir müavini ölkəmizdə süni intellektin tətbiqinin genişləndirilməsi və sənayenin rəqəmsal transformasiyası istiqamətində görülən işlər, bu təşəbbüslərin birgə fəaliyyət üçün açdığı imkanlar haqqında danışıb.
Forumda AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, "KAZAKH INVEST" Milli Şirkətinin İdarə Heyətinin sədri Sultanqali Kinjakulov, "QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzinin baş direktoru Aytmuxammed Aldajarov, "Damu" Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Farxat Sarkeseyev, Qazaxıstanın Turizm və İdman Nazirliyinin Turizm Sənayesi Komitəsinin sədri Nurtas Karipbayev və "Azerconnect Group" şirkətinin baş direktorunun müavini İlqar Nəhmədov ölkələrimizin investisiya iqlimi, biznes üçün yaradılan əlverişli şərait, tətbiq edilən güzəşt və imtiyazlar, göstərilən xidmətlər, sənayenin rəqəmsallaşması və süni intellektdən istifadənin əhatə dairəsinin genişləndirilməsi kimi mövzularda çıxış ediblər.
Tədbirdə Azərbaycan və Qazaxıstanın dövlət qurumları və şirkətləri arasında su ehtiyatlarının idarə olunmasının rəqəmsallaşdırılması, sənaye istehsalı, qarşılıqlı investisiyaların təşviqi, şəhər infrastrukturunun inkişafı, Astanada "KOB evi" modelinə əsaslanan mərkəzin yaradılması, ticarət, səhiyyə və təhsil sahələrini əhatə edən sənədlər imzalanıb.
Tədbir çərçivəsində B2B və B2C formatında görüşlər keçirilib.
Forum çərçivəsində Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının III iclası keçirilib. İclasda şuranın ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsində və biznes subyektləri arasında təmasların artmasında rolu, sahibkarlara göstərilən dəstək barədə müzakirələr aparılıb. İclasın sonunda hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən bir sıra şirkətlər qarşılıqlı işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunublar. 

Biznes     Tarix: 22 oktyabr 2025

Oxşar xəbərlər

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə


iqtisadi xeberler bitkoin biznes krediti emlak xeberleri iqtisadiyyat xeberleri