"Atəşgah Sığorta Qrupu"nun yarımillik vəziyyəti məlum olub

"Atəşgah Sığorta" ASC bu ilin 1-ci yarısını 994 min manat zərərlə başa vurub. Halbuki, şirkət ötən ilin eyni dövründən 1 milyon 528 min manat xalis mənfəətlə çıxmışdı.
Şirkətin maliyyə hesabatına görə, yanvar-iyun aylarında "Atəşgah Sığorta"nın gəlirləri 35 milyon 663 min manat (1 il əvvələ nisbətən 0,35 % çox), xərcləri isə 36 milyon 657 min manat (9 % çox) təşkil edib.
Bu ilin iyulun 1-nə "Atəşgah Sığorta"nın aktivləri 64 milyon 295 min manat olub ki, bu da illik müqayisədə 0,2 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 2,5 % artaraq 53 milyon 167 min manata çatıb, balans kapitalı isə 8,1 % azalaraq 16 milyon 128 min manata düşüb.
Xatırladaq ki, "Atəşgah Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon 9 min manat təşkil edir. Şirkətin səhmlərinin 63 %-i "ISR Holding" MMC-yə, 27 %-i "Ran-Exim" MMC-yə, 10 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
XXX
"Atəşgah Həyat Sığorta"dan güclü nəticə
"Atəşgah Həyat Sığorta" ASC bu ilin I1-ci rübünü 8 milyon 645 min manat xalis mənfəətlə başa vurub.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 % çoxdur.
Yanvar-mart aylarında "Atəşgah Həyat Sığorta"nın gəlirləri 73 milyon 154 min manat (1 il əvvələ nisbətən 54 % çox), xərcləri 62 milyon 348 min manat (59,7 % çox), mənfəət vergisi ödəmələri isə 2 milyon 161 min manat (27,6 % çox) təşkil edib.
Bu il aprelin 1-nə "Atəşgah Həyat Sığorta"nın aktivləri 145 milyon 106 min manat olub ki, bu da illik müqayisədə 3,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,8 % artaraq 124 milyon 533 min manata, balans kapitalı isə 3,9 % artaraq 20 milyon 573 min manata çatıb.
Xatırladaq ki, "Atəşgah Həyat Sığorta" şirkəti 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon 500 min manat təşkil edır. Şirkətin səhmləri 100 % "Ran-Exim" MMC-yə ("Atəşgah Sığorta" ASC-nin 27 %-lik səhmdarı) məxsusdur.
© "Report"

Banklar     Tarix: 09 avqust 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmdar strukturu dəyişib

"PAŞA Bank" ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. "PAŞA Holding" MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış "PASHA Financia

"PAŞA Bank"ın 6 aylıq mənfəəti yüksəlib: IPO-dan sonra "PAŞA Bank"dan geniş hesabat – Əsas rəqəmlər açıqlandı

"PAŞA Bank" ASC və onun törəmə şirkətini əhatə edən Qrup (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 2026-cı ilin ilk yarısını 96,5 milyon manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründ

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®

Bütün dünyada bankların müxtəlif istiqamətlər üzrə nailiyyətlərini qiymətləndirən "Global Finance" jurnalı "Dünyanın ən yaxşı rəqəmsal bankları 2026" mükafatlarının qaliblərini elan edib. ABB Azərbayca

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

"Sizin Lombard" ödənişləri "M10"-da ®

Sizin Lombard müştərilərinin Lombard krediti ödəniş prosesini daha rahat və operativ etmək məqsədilə yeni ödəniş imkanını istifadəyə verib. Artıq müştərilər kredit ödənişlərini M10 vasitəsilə, evdən çıxmadan, rahat həyat

"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb

Bank olmayan kredit təşkilatı "Prior Credit" ASC nizamnamə kapitalını 2,1 milyon manatdan 3,101 milyon manata yüksəldib. Kapital artımı 48% təşkil edir və Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərində

Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib

Qafqazda bankçılıq, ödənişlər və e-ticarət sahələri üzrə rəqəmsal platformaları özündə birləşdirən ilk tam inteqrasiya olunmuş Bir ekosistemi Azərbaycanda istifadəçilərin gündəlik vərdişlərini rəqəmsallaşdırmaq missiyasın

ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir

Azərbaycan Mərkəzi Bankının gələn çərşənbə günü keçiriləcək növbəti iclasında uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlayacağı gözlənilir. Niderlandın ING bank qrupunun analitik icmalında bildirilib ki, Azərbaycanın Mərkəz


iqtisadi xeberler bu gunun xeberleri telefonla pul qazanmaq birbank dollarin kursu bu gun