Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Avropa Mərkəzi Bankı pul siyasəti iclasında faiz dərəcələrini bazar gözləntiləri ilə paralel olaraq sabit saxlamaq barədə qərar verib.
Marja xəbər verir ki, gecəlik depozit faizi 2% səviyyəsində saxlanılıb; əsas refinans əməliyyatları və marjinal kredit faizləri isə müvafiq olaraq 2,15% və 2,40% səviyyəsində qorunub.
AMB rəsmiləri, xüsusilə son dövrdə avronun 1,20 səviyyəsini aşaraq yüksəlməsinin ixracata yaratdığı təzyiqi və inflyasiya proseslərini yaxından izləyirlər.
Donald Trampın yenidən gündəmə gətirdiyi gömrük tarifləri və ticarət müharibələrinə dair qeyri-müəyyənliklər, investisiya iştahını azaldan əsas risklər kimi diqqət çəkir
Qərar mətnində belə ifadələr yer alıb: "İqtisadiyyat çətin qlobal şəraitə baxmayaraq müqavimətini qoruyur. Lakin ticarət siyasətlərindəki qeyri-müəyyənlik və geosiyasi gərginliklər səbəbindən üzərində qeyri-müəyyənlik davam edir."
Gələcək proqnozları
Bankdan gələcək addımlara dair konkret yön göstərişi veilməsə də, faizlərin bir müddət bu səviyyədə qala biləcəyi siqnalı verilib. Analitiklər və investorlar AMB-nin mövcud pul siyasəti tənzimləmələrini neytal kimi qiymətləndirməsi səbəbindən növbəti iki il ərzində böyük dəyişiklik gözləmir.
AMB-nin bu addımı digər böyük mərkəzi bankların mövqeyi ilə də üst-üstə düşür. İngiltərə Mərkəzi Bankı (BoE) da faizləri sabit saxlayıb, ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) də keçən həftəki iclasında oxşar qərar qəbul etmişdir. Lakin bazar iştirakçıları inflyasiyanın hədəfin altına düşəcəyi halda həm BoE, həm də FED-in gələn aylarda faiz endirimlərinə davam edə biləcəyini proqnozlaşdırır. / marja.az

"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
"iPhone 15" modelinin üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SEO nədir və Google axtarışda necə 1-ci olaq?