"Avrora Qrup"da çalışmaq istəyənlərə - ŞAD XƏBƏR
Avrora Qrup ailəsinin üzvü olmaq istəyənləri karyera gününə dəvət edir. Sürətlə inkişaf edən, qarşısına qoyduğu hədəflərə uğurla addımlayan Avrora Qrup öz komandasını genişləndirmək, eyni zamanda peşəkar kadrları cəlb etmək üçün 29.10.2022-ci il tarixində saat 10:00-dan 15:00-a qədər karyera günü təşkil edəcək.
FED.az xəbər verir ki, karyera günündə satış nümayəndəsi, merçendayzer, fəhlə, sürücü, sürücü köməkçisi və müxtəlif istiqamətlərdə mütəxəssis kateqoriyalı vəzifələr üzrə müraciətlər qəbul ediləcək. Anket formasını dolduraraq müraciət etmiş namizədlər aktiv vakansiyalar üzrə uyğun olduğu təqdirdə təkrar müsahibəyə (imtahana) dəvət ediləcəklər.
Qeyd edək ki, karyera günündə iştirak edən namizədlərin bir qrupu növbəti illərdə yaranan vakansiyalar üçün ehtiyat bazaya əlavə olunacaq. Gələcəkdə tələb yaranan zaman işə qəbul prosesində bu namizədlərə üstünlük veriləcək.
Karyera günündə iştirak etmək istəyən namizədlər 29.10.2022-ci il saat 10:00-dan etibarən Nərimanov rayonu, Aşıq Molla Cümə 46 C ünvanında yerləşən "Avrora Qrup"un mərkəzi ofisinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaqları xahiş olunur.

Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?