"Avto-icbari sığorta üzrə şikayət indeksi"açıqlanıb
Mərkəzi Bank tərəfindən Aprel 2023 – Mart 2024 dövrü üzrə "Avto-icbari sığorta üzrə şikayət indeksi" açıqlanıb.
Marja.az İndeksə istinadən xəbər verir ki, yuxarı şikayәt indeksində "Xalq Sığorta" ASC, "Bakı Sığorta" ASC və "AtaSığorta" ASC yer alıblar.
Aşağı şikayәt indeksində isə "Azərbaycan Sənaye Sığorta" ASC, "Qala Sığorta" ASC, "Meqa Sığorta" ASC, "Atəşgah Sığorta" ASC və "Paşa Sığorta" ASC yer tutublar.
Qeyd edilib ki, Avto-icbari sığorta üzrə şikayət indeksi vətəndaşların bu növ üzrə sığorta xidmətlərini əldə edərkən seçim etmələrinə dəstək göstərilməsi məqsədilə hesablanılır və yayımlanır. Şikayət indeksinin hesablanmasında beynəlxalq səviyyədə istifadə olunan metodologiyaya əsaslanaraq avto-icbari sığorta növü üzrə lisenziyası aktiv olan sığorta şirkətləri ilə bağlı daxil olan şikayətlər nəzərə alınmışdır. Eyni zamanda avto-icbari sığorta növünün aparılması üzrə verilən icazənin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmış və lisenziyası ləğv olunmuş sığorta şirkətləri ilə bağlı şikayətlərin tənzimlənməsi Mərkəzi Bank tərəfindən əvvəlki qaydada davam etdirilir.


Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
ABB partnyorları ilə görüş ®
Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Türk İnkişaf Bankı yaradıla bilər
Dizaynerlər üçün TOP-5 Freelance sayt
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Onlayn biznes növləri
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri