AYİB Qafqaz üzrə yeni direktor təyin edib

AYİB Qafqaz üzrə yeni direktor təyin edibAlkis Vryenios Drakinos Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə direktoru, regional rəhbəri təyin edilib.
Bank-dan daxil olmuş məlumatda bildirilir ki, o, vəzifəsinin icrasına 2023-cü il sentyabrın 1-dən başlayacaq və Tbilisidən çalışacaq.
Qeyd edilib ki, Drakinos AYİB-in müvafiq ölkə strategiyalarına uyğun olaraq, Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün hökumət orqanları və bazar iştirakçıları ilə sıx əməkdaşlıq etməklə, investisiyalar, islahatlar üçün siyasət dialoqu və kiçik Biznesin maliyyələşdirilməsi və məsləhət xidmətləri vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafına dəstək verməklə, Bankın bu üç ölkədəki əməliyyatlarına rəhbərlik edəcək.
Drakinos deyib: "Mən Qafqaza qayıtmaqdan məmnunam. Regiondakı təcrübəmə və AYİB-də əldə etdiyim təcrübəyə əsaslanaraq bu mandatı üzərimə götürməyi səbirsizliklə gözləyirəm. Qafqaz regionuna dəstək Bank üçün əsas prioritetdir. Regionun gələcək inkişafı və qlobal iqtisadiyyata inteqrasiyası üçün böyük potensialı var və mən bu iqtisadiyyatların uğurlarına nəzərə çarpacaq töhfə vermək üçün yerli AYİB komandaları ilə işləməkdə maraqlıyam".
Yunanıstan vətəndaşı olan cənab Drakinos, Banka ilk dəfə 1993-cü ildə AYİB-in Yunanıstan üzrə İdarə Heyətinin direktorunun müşaviri kimi qoşulmuşdur. Daha sonra 1995-ci ildə Maliyyə Təşkilatları komandasına qoşulmuş və 1998-ci ildə Bankın İrəvanda yerləşən Ermənistandakı Nümayəndəliyinin rəhbəri olmuşdur. KPMG, Eurobank və Qara Dəniz Ticarət və İnkişaf Bankında 12 illik maliyyə məsləhətçiliyi və müxtəlif vəzifələrdə çalışdıqdan sonra o, 2012-ci ildə Türkmənistandakı Nümayəndəliyin rəhbəri kimi yenidən AYİB-ə qoşulmuşdur. 2015-ci ildə isə Bankın Afinada yerləşən Yunanıstan üzrə Nümayəndəliyinin direktor müavini vəzifəsinə təyin olunmuşdur. 2017-ci ilin oktyabrında Özbəkistandakı Nümayəndəliyin rəhbəri vəzifəsinə təyin edilmiş və 3 milyard avrodan çox dəyəri olan 100-dən çox layihənin həyata keçirilməsinə dəstək olmuşdur.
Drakinos Afina Universitetini İqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirmiş və Afinadakı Panteion Universitetində Regional İnkişaf üzrə Magistr dərəcəsi, ardınca isə Mançester Biznes Məktəbində MBA dərəcəsi almışdır. O, həmçinin London Biznes Məktəbinin Korporativ Maliyyə Proqramını bitirmişdir.
O, Bankın Kişinyovda yerləşən Moldova üzrə Nümayəndəliyinin rəhbəri təyin edilmiş Katarina Byorlin Hanseni əvəz edəcəkdir.
Bu günə qədər Bank Qafqazda maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoymuşdur. Bu investisiyaların böyük hissəsi özəl sektorun inkişafını dəstəkləməyə yönəldilmişdir. / banker.az

Banklar     Tarix: 01 sentyabr 2023

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya valyuta xeberleri birbank