"Azər-Türk Bank" ASC-də rəhbər heyətə yeni təyinat baş tutub
"Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının qərarı ilə Fuad Məmmədli bankın İdarə Heyəti sədrinin müavini və Baş Maliyyə İnzibatçısı (CFO) vəzifəsinə təyin edilib.
Fuad Məmmədli maliyyə sahəsində 13 ildən artıq peşəkar təcrübəyə malikdir. Karyerası ərzində "Dəmirbank", "Ziraat Bank Azərbaycan", "Unibank" və "Expressbank"da Maliyyə direktoru, Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü kimi rəhbər vəzifələrdə çalışıb, maliyyə menecmenti və strateji planlaşdırma sahəsində zəngin təcrübə toplayıb.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.
Fuad Məmmədli Azər Türk Bankın maliyyə blokunun idarə edilməsi, strateji hədəflərin icrası və maliyyə dayanıqlığının təmin edilməsində məsul olacaq. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Dünyanın ən varlı 10 müğənnisi
IBAN nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?