Azər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurdu
®Dövlət bankı Azər Türk Bankın 01 iyul 2023-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artaraq, 850 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 406.8 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 42% çoxdur.
2023-cü ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksəlməklə 43.5 milyon manat, xərcləri 36.4 milyon manat olmuşdur.
Hesabat dövründə Azər Türk Bank 7 milyon manatdan çox xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 34% artaraq, 71.5 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 43% artımla 772.6 milyon manat səviyyəsindədir.
Bankın depozit portfeli 73% böyüyərək, 383 milyon manat təşkil etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1.6%, kapitalın gəlirlilik əmsalı (ROE) 20.7% təşkil etmişdir.
1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
IBAN nədir?
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cash Back nədir?