"Azər-Türk Bank" Çinin beynəlxalq ödəniş sisteminə qoşuldu

Dövlət bankı Azər Türk Bank UnionPay International beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətə başladı.
Bankın yaydığı məlumatda bildirilir ki, bu ödəniş sisteminə aid kartlar vasitəsilə ölkədə Banka aid ATM-lərdə əməliyyatlar və POS-terminallar vasitəsilə ödənişlər mümkün olacaq. Tezliklə UnionPay kartlarının elektron ticarətdə qəbuluna başlanması elan ediləcək.
UnionPay brendi ilə tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni satış imkanları əldə etməsinə kömək edəcəkdir.
Qeyd edək ki, UnionPay dünyanın aparıcı ödəniş şəbəkələrindən biridir. UnionPay kartları Azərbaycan da daxil olmaqla dünyanın 183 ölkə və regionunda qəbul edilir və Çinin materik  hissəsindən kənarda buraxılan kartların ümumi sayı 200 milyonu ötür. UnionPay International yüksək keyfiyyətli, sərfəli və təhlükəsiz ödəniş sistemi təminatçısıdır.
/ marja.az

Banklar     Tarix: 23 aprel 2025

Oxşar xəbərlər

ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya

Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində  ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlana

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər


iqtisadi xeberler bitcoin qiymeti dollar kursu emlak xeberleri iqtisadiyyat xeberleri