Azər Türk Bank daha iki rəqəmsal filialını istifadəyə verdi
(®) Dövlət bankı Azər-Türk Bankxidmət şəbəkəsini genişləndirməkdə davam edir.
Bank "Rəqəmsal 7" və "Rəqəmsal 8" adlanan filiallarını müştərilərinin ixtiyarına verib.
Müasir tipli bu yeni ofislər paytaxtın Yasamal rayonu ərazisində, "Caspian Business Center" ilə üzbəüz, C.Cabbarlı və M.Naxçıvani küçələrinin kəsişməsində və Xətai rayonunda, "Xətai" metro stansiyası ilə qarşı-qarşıya, Xocalı prospekti, 32 ünvanda yerləşir.
Bankın digər rəqəmsal ofislərində olduğu kimi, bu filiallarda da xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur, müştərilərə kreditlər və ödəniş kartlarının əldə edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.
Qeyd edək ki, Azər Türk Bank bu il ərzində dörd, ümumən son dövrdə səkkiz innovativ filialını müştərilərin ixtiyarına verib.
Bankın qurduğu ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, ən müasir sistemləri, xidmət və məhsulları təqdim etməyə imkan verir.
Bank öz fəaliyyətini günün tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırmaqla müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması istiqamətində işlərini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.


/ marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Elon Musk kimdir?
5 liderlik göstəricisi
Biznes nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Biznes təlimlər və tədris üsulları