Azər Türk Bankda hesab açan sahibkar əhəmiyyətli üstünlüklər əldə edir

Azər Türk Bankda hesab açan sahibkar əhəmiyyətli üstünlüklər əldə edir®Azər Türk Bankın müştərisi olmaq istəyən hüquqi şəxs və fərdi sahibkarın hesab açmaq üçün Banka onlayn müraciət göndərməsi kifayətdir. Müraciət edilikdən sonra Bank tərəfindən müştəri ilə telefon əlaqəsi yaradılır və lazım olduğu təqdirdə Bankın əməkdaşı ünvana gəlir, əlaqədar işlər yerinə yetirilir.
Müraciət edən şəxslər heç bir ödəniş etmədən, fərqli valyutalarda müxtəlif növ hesablar açmaq imkanına malikdirlər. 
Şirkətin biznes fəaliyyəti ilə bağlı, rəhbər şəxsləri və əməkdaşları tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan Biznes kartları Bank tərəfindən sahibkara hədiyyə edilir.
Həmçinin özündə həm ənənəvi ödəniş kartı, həm də hesablaşma hesabı imkanlarını cəmləşdirən, bütün bank xidmətlərini aparmaq üçün yaradılmış universal alət olan "Sahibkar" kartını Azər Türk Bank öz müştərilərinə ödənişsiz təklif edir.
Hesabların komissiyasız idarə edilməsi, eləcə də idarəetmə üçün fərdi menecerlərin təyin edilməsi də Bank tərəfindən müştərilərinə göstərilən diqqətdir.
Azər Türk Bank, eyni zamanda, şəxsi biznesini qurmaq məqsədi ilə bank hesabı açmaq üçün müraciət   edən şəxslərə İlkin vergi konsultasiyası və İlkin dövlət qeydiyyatı, Vergi bəyannaməsinin hazırlanması, mühasibat və konsaltinq xidmətlərini də təklif edir.
Bütün bunlarla bərabər Azər Türk Bankın müştərisi olan sahibkarlar "ATB Business" korporativ internet-bankçılıq sisteminə qoşulmaqla, xüsusi, güzəştli tariflərdən yararlana bilirlər. Eləcə də "ATB Business" xidmətində istifadəyə verilmiş yeni funksionalın köməyi ilə əməkhaqqı kartlarının sifarişi üçün müqavilə formalaşdırılması, müştəri və bank tərəfindən elektron şəkildə imzalanması mümkündür. Qeyd edək ki, Azər Türk Banka aid əməkhaqqı kartları ilə ölkə ərazisindəki bütün bankomatlardan vəsaitin komissiyasız nağdlaşdırılması mümkündür.
Neçə vaxtdır ki, Bank yeni ATB POS tətbiqini də müştərilərinin ixtiyarına vermişdir. 
Bu tətbiq ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə Android mobil cihazları vasitəsilə istənilən yerdə və zamanda təmassız ödənişlərin qəbuluna imkan yaradır.
ATB POS tətbiqini Google Play vasitəsilə heç bir ödəniş etmədən yükləmək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 07 sentyabr 2023

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya valyuta xeberleri birbank