Azər Türk Bankdan fərdi sahibkarlara töhfə
(®) Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində daim fəal iş aparır.
Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənən xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verir.
Bu günlərdə Bank biznesə daha geniş və əlverişli imkanların təqdim edilməsi məqsədilə, əhali arasında populyarlaşan nağdsız və təmassız ödənişlərin qəbulunu həyata keçirən yeni ATB POS tətbiqini öz müştərilərinin ixtiyarına vermişdir.
Bu tətbiq ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə Android mobil cihazları vasitəsilə istənilən yerdə və zamanda təmassız ödənişlərin qəbuluna imkan yaradır.
Qeyd edək ki, ATB POS bütün vergi ödəyiciləri üçün nəzərdə tutulsa da, kiçik biznes nümayəndələrinə daha sərfəlidir.
ATB POS tətbiqini Google Play vasitəsilə heç bir ödəniş etmədən yükləmək olar.
Qeyd edək ki, bu tətbiqi Azər Türk Bank və rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa ilə birgə ərsəyə gətirmişlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
/ marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
CV hazırlayarkən buraxılan 5 səhv
SWIFT nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları