Azər Türk Bankdan sahibkarlara yeni onlayn xidmət

Azər Türk Bankdan sahibkarlara yeni onlayn xidmət®Dövlət bankı Azər Türk Bank sahibkar müştərilərinin rahatlığı üçün yeni onlayn xidmətlərin tətbiqini davam etdirir. 
Belə ki, artıq fərdi sahibkarlar Bankın saytına daxil olub, sərbəst şəkildə, heç bir ödəniş etmədən kiçik və orta biznes üçün onlayn qaydada hesab aça biləcəklər. 
Qeyd edək ki, Azər Türk Bankda hesab açan hər bir sahibkar şirkətin biznes fəaliyyəti ilə bağlı, rəhbər şəxsləri və əməkdaşları tərəfindən ezamiyyə, nümayəndəlik və digər təsərrüfat xərclərinin ödənişi üçün istifadə olunan Biznes kartları Bank tərəfindən hədiyyə olaraq əldə edir.
Həmçinin özündə həm ənənəvi ödəniş kartı, həm də hesablaşma hesabı imkanlarını cəmləşdirən, bütün bank xidmətlərini aparmaq üçün yaradılmış universal alət olan "Sahibkar" kartını Azər Türk Bank öz müştərilərinə ödənişsiz verir.
Hesabların komissiyasız idarə edilməsi, eləcə də idarəetmə üçün fərdi menecerlərin təyin edilməsi də Bank tərəfindən müştərilərinə göstərilən diqqətdir.
Azər Türk Bank, eyni zamanda, şəxsi biznesini qurmaq məqsədi ilə bank hesabı açmaq üçün müraciət edən şəxslərə İlkin vergi konsultasiyası, Vergi bəyannaməsinin hazırlanması, mühasibat və konsaltinq xidmətlərini də təklif edir.
Neçə vaxtdır ki, Bank yeni atb Pos tətbiqini də müştərilərinin ixtiyarına vermişdir.
Bu tətbiq, ənənəvi POS terminalların imkanlarını özündə ehtiva etməklə, ödənişlərin telefonla qəbuluna imkan yaradır.
Bütün bunlarla bərabər Azər Türk Bankın müştərisi olan sahibkarlar "atb Business" korporativ internet-bankçılıq sisteminə qoşulmaqla, xüsusi, güzəştli tariflərdən yararlana bilirlər
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 09 fevral 2024

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi