Azər Türk Bankın "atb business" İnternet bankçılıq xidmətində yeniliklər

Azər Türk Bankın (®) Dövlət bankı Azər Türk Bank xidmətlərin keyfiyyətinin artırılması və müştərilərin bank xidmətlərindən istifadəsinin asanlaşdırılması məqsədilə daim yeniliklər və təkmilləşdirmələr həyata keçirməkdədir. 
Bu sıradan Bankın "atb business" internet bankçılıq xidməti üzrə daha bir neçə yenilik müştərilərin istifadəsinə verilmişdir. 
Belə ki, hazırda müştəri İnternet bankçılıq xidmətində hesabı ilə bağlı daha ətraflı məlumat əldə edə biləcəkdir. atb business-in "Ətraflı məlumat" xanasına daxil olmaqla istifadəçi kartın şifrələnmiş nömrəsini, kartın bitmə tarixini, kartın statusunu, mövcud balansı, kart sahibinin ad və soyadını görə biləcəkdir.
Eyni zamanda digər əməliyyatları, o cümlədən kartın bloklanması, yaxud blokdan çıxarılması, kartın şifrəsi 3 dəfə yanlış yığılıbsa, PİN kodun sıfırlanmasını həyata keçirmək mümkündür.
Digər yenilik hesaba qoyulan sərəncamlarla bağlıdır.  Bu sahədə yenilik ondan ibarətdir ki, müştəri İnternet bankçılıq xidmətinə qoşularaq, Mülki Məcəllənin 965-ci maddəsində göstərilən hallar nəzərə alınmaqla, hesabında sərəncam olmasına baxmayaraq, "Köçürmələr" menyusu vasitəsilə ölkədaxili, bankdaxili, büdcə köçürmələri və "Əmək haqqı" menyusu vasitəsilə əmək haqqı ödənişləri edə biləcəkdir.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 19 oktyabr 2022

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler valyuta mezennesi dollar manat kursu dollarin kursu bu gun online pul qazanmaq