Azər Türk Bankın daha bir innovativ filialı fəaliyyətə başlad
(®) Dövlət bankı Azər Türk Bank özünün müasir standartlara uyğun xidmət şəbəkəsini genişləndirməkdə davam edir.
Bank bu günlərdə Bakı şəhərində "Rəqəmsal 9" filialını müştərilərinin ixtiyarına təqdim etdi.
Paytaxtın Yasamal rayonu, A.M Şərifzadə küçəsi 130D ünvanında yerləşən filial Bankın innovativ xidmət şəbəkəsində daha bir modern ofisidir.
Azər Türk Bankın digər rəqəmsal filiallarında olduğu kimi, burada da bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.
Yeni filialda fiziki şəxslərə kreditlər və ödəniş kartlarının əldə edilməsi, depozit yerləşdirilməsi daxil olmaqla hər cür bank xidmətləri göstərilir. Eləcə də kiçik və orta biznes nümayəndələrinə əlverişli şərtlərlə kreditlər təklif edilir.
Müasir tipli bankomat və terminallar 24/7 müştərilərin xidmətində olacaq. Həmçinin müştərilər təmassız əməliyyatları dəstəkləyən yeni nəsil ATM-lər vasitəsilə kart hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirə biləcəklər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.




/ marja.az

Ufuk Aydın: "Azərbaycanda yerli və türk şirkətləri arasında sağlam rəqabət formalaşıb"
Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb
BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub
"7 Gözəl" şadlıq evində də nöqsanlar aşkar edilib
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB
AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir
"BTB Bank"dan ABB-yə ötürülən aktivlərin həcmi 295 milyon manata çatıb
"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər
SMM nədir?
Bill Qeyts kimdir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Az pulla hansı işi qurmaq olar?
Digital Card nədir?