Azərbaycan Avropa Bankı ilə 2 sənəd imzaladı - İriməbləğli kredit ayırılacaq

Azərbaycan Avropa Bankı ilə 2 sənəd imzaladı - İriməbləğli kredit ayırılacaq18:40- Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və AYİB nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə Azərbaycanın AYİB-lə əlaqələrin inkişafına önəm verdiyi və uğurlu əməkdaşlıq vurğulanıb. Bildirilib ki, Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 181 layihə üzrə 3,7 mlrd. avroya yaxın investisiya yatırılıb. AYİB-lə birgə layihələr ölkəmizdə müxtəlif sahələrdə qabaqcıl təcrübənin, müasir texnologiyaların və innovasiyaların tətbiqini genişləndirir.
 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərini diqqətə çatdıran iqtisadiyyat naziri qeyd edib ki, AYİB-in "Strateji və Kapital Çərçivəsi 2021-2025" sənədində əks olunmuş məqsədlər Azərbaycan iqtisadiyyatı üçün müəyyənləşdirilmiş hədəflərlə uyğunluq təşkil edir. Bu, Azərbaycan və AYİB arasında yeni əməkdaşlıq istiqamətləri üçün möhkəm əsas yaradır.
Bankın Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını diqqətə çatdıran AYİB prezidenti xanım Odil Reno-Basso qurumun bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləmək niyyətini, bu baxımdan ölkəmizin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlavə imkanlar yaratdığını qeyd edib.
Görüşdə energetika, xüsusilə bərpaolunan enerji, KOB-ların dəstəklənməsi, dövlət müəssisələri ilə əməkdaşlıq, biznes mühiti və informasiya texnologiyaları ekosisteminin yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən layihələrdə AYİB-in iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Həmin gün AYİB-lə bir sıra sənədlərin imzalanması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov, AYİB prezidenti xanım Odil Reno-Basso, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sənədlərin davamlı və "yaşıl" inkişaf üçün əhəmiyyətini vurğulayıb, bu istiqamətdə əməkdaşlığın genişləndiriləcəyini qeyd ediblər.
Sonra "Gəncə-Yaşıl Şəhər Proqramı" çərçivəsində həyata keçiriləcək "Küçələrin işıqlandırılması" layihəsinə dair Qrant, Kredit və Layihə sazişləri imzalanıb. Sənədləri AYİB-in prezidenti xanım Odil Reno-Basso və Azərbaycan tərəfdən müvafiq olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov imzalayıblar. Sazişlərə əsasən, Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi və "yaşıl" texnologiyaların tətbiqi nəzərdə tutulur.
Tədbirdə həmçinin, Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş  "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və AYİB arasında  mandat məktubu imzalanıb. Sənədi AYİB-in Davamlı infrastruktur qrupunun icraçı direktoru xanım Nandita Parşad, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəisi Rauf Vəliyev imzalayıblar. Sənədə əsasən, AYİB tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan irihəcmli kreditin ayrılması nəzərdə tutulur. 
Tədbir çərçivəsində AYİB-nın "Star Venture" Proqramı üzrə startaplara mükafatlar təqdim olunub. Qeyd edək ki, "Star Venture" proqramının əsas məqsədi perspektivli startapların potensialının reallaşdırılmasının dəstəklənməsidir.
Tədbirdə həmçinin, Azərbaycanın Bankla əməkdaşlığı çərçivəsində ilk layihəyə - "İT Hub" layihəsinə başlanılacağı barədə məlumat verilib. Layihə çərçivəsində görüləcək işlər müasir bilik və bacarıqlara malik kadr potensialının gücləndirilməsi və regionların inklüziv inkişafına dəstək verəcəkdir.
Ölkəmizə səfərİ çərçivəsində AYİB nümayəndə heyəti İçərişəhərlə tanış olub. 
XXX
Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında iki sənəd imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir imzalanmadan əvvəl EBRD-nin prezidenti xanım Odil Reno-Basso ilə görüş keçirdiyini, görüşdə Bankla əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr apardığını qeyd edib.
"Bu gün imzalanan sənədlərə əsasən, EBRD-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilmiş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) donanmasının yenilənməsi layihələrinin maliyyələşdirilməsinə dövlət zəmanəti olmadan iriməbləğli kredit ayırması, "Gəncə-Yaşıl Şəhər Proqramı" çərçivəsində "Küçələrin işıqlandırılması" layihəsi üzrə isə Gəncə şəhərində infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur", - deyə o qeyd edib.
Məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yenidən qurulmasına 100 milyon dollar kredit ayırıb.
Azərbaycan Avropa Bankı ilə 2 sənəd imzaladı - İriməbləğli kredit ayırılacaqAzərbaycan Avropa Bankı ilə 2 sənəd imzaladı - İriməbləğli kredit ayırılacaq

Banklar     Tarix: 18 sentyabr 2022

Oxşar xəbərlər

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı


iqtisadi xeberler pul qazanmaq dollarin kursu bu gun bitkoin almaq dollar məzənnəsi