Azərbaycan bankı 147 milyon manata yaxın xalis mənfəət açıqladı

Azərbaycan bankı 147 milyon manata yaxın xalis mənfəət açıqladı"Kapital Bank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 146 milyon 691 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 127 milyon 71 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kapital Bank"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 19 milyon 620 min manat və ya 15,4% artıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin birinci yarısı ilə müqayisədə 2023-cü ilin birinci yarısında "Kapital Bank"ın faiz gəlirləri 15,3% artaraq 335 milyon 791 min manat, qeyi-faiz gəlirləri isə 8,9% aratarq 205 milyon 809 min manat təşkil edib. 
2023-cü ilin birinci yarısında "Kapital Bank" ASC-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 541 milyon 600 min manat, cəmi əməliyyat xərcəri (faiz və qeyri-faiz xərcləri) 327 milyon 372 min manat, əməliyyat mənfəəti 214 milyon 228 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 28 milyon 91 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar ayırıb və 39 milyon 446 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin birinci yarısında "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 480 milyon 348 min manat, cəmi əməliyyat xərcləri 256 milyon 122 min manat, əməliyyat mənfəəti 224 milyon 226 min manat təşkil etmişdi. 
"Kapital Bank"ın əməliyyat gəlirlərinin 61 milyon 252 min manat artmasına qarşılıq, əməliyyat xərcləri 71 milyon 250 min manat artıb. Bu səbəbdən cari ildə Bankın əməliyyat mənfəəti 9 milyon 998 min manat daha az olub. Xalis mənfəətin artması isə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara yarımillik ayırmanın 60 milyon 744 min manatdan 28 milyon 91 min manata düşməsilə əlaqədardır. 
CƏMİ AKTİVLƏRİ  8 MİLYARD AMANAT YAXINLAŞIB
"Kapital Bank" ASC-nin cəmi aktivləri ötən ilin birinci yarısının sonu ilə müqayisədə 338 milyon 297 min manat və ya 4,4% artaraq 30 İyun 2023-cü il tarixində 7 milyard 944 milyon 408 min manat təşkil edib. Ötən ilin 30 İyun tarixində Bank 7 milyard 606 milyon 111 min manat cəmi aktivlər əmalik idi.
Qeyd edək ki, 2022-ci ilin sonunda "Kapital Bank" ASC-nin cəmi aktivləri 7 milyard 822 milyon 172 min manata çatmışdı. 
"Kapital Bank" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) ötən ilin sonu ilə müqayisədə 389 milyon 918 min manat və ya 12,3% artaraq 3 milyard 547 milyon 687 min manata çatıb. 
Ötən ilin sonu ilə müqayisədə cari ilin ilk 6 ayı ərzində "Kapital Bank"da depozitlər 140 milyon 322 min manat və ya 2,3% artaraq 6 milyard 238 milyon 948 min manata yüksəlib.
30 İyun 2023-cü il tarixində "Kapital Bank" ASC 773 milyon 901 min manat məcmu kapitala malik olub. 
Azərbaycan bankı 147 milyon manata yaxın xalis mənfəət açıqladıAzərbaycan bankı 147 milyon manata yaxın xalis mənfəət açıqladı

Banklar     Tarix: 18 iyul 2023

Oxşar xəbərlər

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler valyuta mezennesi valyuta xeberleri biznes qurmaq dollar mezenne