Azərbaycan bankı "fintech" və "startup" şirkətlər ilə inteqrasiyaları genişləndirməyi hədəfləyir

Azərbaycan bankı "Növbəti strateji dövrdə vizyonumuz KOB və biznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmaqdır. Çünki burada inkişaf və innovasiyaların tətbiqi üçün əhəmiyyətli imkanlar mövcuddur. Bu sahəyə investisiyaları artırmağı, rəqəmsallaşma təşəbbüslərimizi davam etdirməyi planlaşdırırıq. Kredit verilməsi əsas xidmət olsa da, bizneslərin gündəlik əməliyyat və inkişaf ehtiyaclarını dəstəkləyən hərtərəfli xidmətlər qurmağa çalışırıq. Məqsədimiz yalnız maliyyə ehtiyaclarını ödəməklə kifayətlənməyən, KOB müştərilərimiz üçün loyallıq və əlavə dəyər yaradan bank mühiti formalaşdırmaqdır".
Marja.az xəbər verir ki, bunu Unibankın İdarə Heyətinin sədri Fərid Abuşov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O qeyd edib ki, kiçik və orta biznes seqmentlərində şəffaflığın artması, rəqəmsallaşma və vergi qanunvericiliyində dəyişikliklər, bu isqitamətdə daha dərin inkişaf üçün yeni imkanlar yaradır. Bu dəyişikliklər KOB məhsul və xidmətlərimizi genişləndirməyə və çeşidləndirməyə imkan verir: Növbəti strateji dövrdə müştəri ehtiyaclarını və istəklərini dərindən təhlil etməklə, bizneslər üçün əsas problemləri müəyyənləşdirməyə və rəqəmsallaşma təşəbbüsləri ilə həll etməyə ciddi diqqət yetirməyə davam edəcəyik. Hesab edirik ki, yeni rəqəmsal həllərimiz bizneslərin maliyyə əlçatanlığını artırmaqla bərabər, ehtiyaclara birbaşa ünvanlandığı üçün uğurlarına və böyümələrinə ciddi dəstək olacaq". 
Fərid Abuşov əlavə edib ki, növbəti dövrdə strateji baxışımıza toxunmuşkən qeyd etmək istərdim ki, biz həmçinin fiziki şəxslərin də bank məhsullarından daha rahat istifadəsinə, məsafədən xidmət kanallarının artırılmasına, xüsusilə bank xidmətlərindən kənarda qalan və ya bu xidmətlərdən az istifadə edən əhalinin üzləşdiyi çətinlikləri həll etməyə yönələn rəqəmsal kanallardakı kompleks innovativ fəaliyyətimizə sadiq qalacağıq. Növbəti illərdə müştərilərlə təmas nöqtələrini mümkün qədər rəqəmsal həllərə daşımaqla, vətəndaşların filialdan aslı olmadan bank xidmətləri almasını daha da asanlaşdıracağıq. Bu çərçivədə qanunvericilik aktlarında edilən son dəyişikliklərin verdiyi imkanlara müvafiq "fintech" və "startup" şirkətlərlə inteqrasiyaları genişləndirməklə, yeni eko-sistemlərdə daha çox vətəndaşa bank xidmətlərinə əlçatanlığı artırmağı hədəfləyirik.
2023-cü ildə bankımız rəqəmsallaşma, Sİ və müştəriyönümlü strategiyalardan istifadəylə böyük irəliləyiş əldə edərək, əhəmiyyətli maliyyə, əməliyyat və bazar uğurları qazandı. Bu il də ötən il olduğu kimi davamlı innovasiya, təkmilləşmə və bank sektorunda rəqəmsal transformasiya yolunda liderliyə sadiqik. Strateji baxışımız pərakəndə müştərilərlə yanaşı, biznesə, xüsusilə mikro və KOB-lara xidmətləri daha da yaxşılaşdırmağa fokuslanır. Müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, sürətli, səmərəli və dəyər əsaslı rəqəmsal həllərlə, biz onların bank təcrübələrini kökündən dəyişdiririk. 
Həmçinin strateji baxışımız üzrə əsas prioritetlərimizə ESİ (Ekologiya, Sosial məsələlər və Korporativ İdarəetmə) standartlarına uyğun şəkildə fəaliyyətimizi genişləndirməyi və bu istiqamətdə 3 illik strateji planımızı müəyyən etməklə müvafiq fəaliyyətimizi həyata keçirməyi daxil etmişik. Ümumilikdə qeyd edim ki, Bankımız fəaliyyətində həmişə bu istiqamətə xüsusi önəm verib, ətraf mühitin mühafizəsi, sosial dəstək və vətəndaşların aktual məsələlərdə maarifləndirməsi yönündə bir sıra layihələri müntəzəm həyata keçirib.
Növbəti dövrdə ESİ istiqamətində fəaliyyətimizin əsas istiqamətlərinə ətraf mühitin mühafizəsinə dəstək tədbirləri və layihələrində aktiv iştirak, eko-maliyyə məhsullarının biznes müştərilərinə və vətəndaşlara güzəştlə təklifi, bu istiqamətdə maarifləndirmənin daha geniş aparılması, bank xidmətlərinə çıxışı olmayan vətəndaşların əlçatanlığının artırılması, sosial iş, içtimai iştirakçılıq istiqamətində layihələrdə aktiv fəaliyyətin qurulması üzrə addımlar daxildir. Hazırda Bankda bu çərçivədə 3 illik strateji planlama həyata keçirilir. İl ərzində və növbəti illərdə Bankımızın bu çərçivədə göstərdiyi fəaliyyət daha ətraflı şəkildə ayrıca Bankın Dayanıqlı hesabatında əks edilməklə ictimaiyyətlə bölüşüləcək.
Həmçinin oxu
Unibank kiçik və orta biznesə daha çox fokuslanacaq - BANKIN SƏDRİ İLƏ MÜSAHİBƏ
Azərbaycan bankı

Banklar     Tarix: 06 fevral 2024

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi


iqtisadi xeberler birbank biznes qurmaq en son xeberler valyuta mezennesi