Azərbaycan bankı yeni kredit müqaviləsi imzalayıb, 10 milyon dollar cəlb edib

Azərbaycan bankı yeni kredit müqaviləsi imzalayıb, 10 milyon dollar cəlb edibAzərbaycanda sahibkarlığın dinamik inkişafına dəstək siyasətinə istiqamətlənən AccessBank, fəxrlə, yeni kredit müqaviləsinin imzalandığını elan edir.
Bankın yaydığı məlumatda bildirilir ki, mikro, kiçik və orta biznesin (MKOB) maliyyələşdirilməsində lider olan bank, İsveçrəli BlueOrchard Finance tərəfindən idarə olunan, BlueOrchard Microfinance Fund - nüfuzlu beynəlxalq maliyyə tərəfdaşından vəsaitlərin cəlb edilməsi prosesini uğurla başa çatdırıb. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
AccessBank-ın, mikrokreditlərin maliyyələşdirilməsi məqsədi ilə BlueOrchard Microfinance Fund tərəfindən cəlb etdiyi kreditin məbləği 10 mln ABŞ dolları , müddəti isə 3 ildir.  Yeni kredit sazişi, AccessBank-a kiçik və orta biznes kreditləri portfelinin inkişafı, eləcə də, Azərbaycanda sahibkarlığa dəstək tədbirlərinin genişləndirilməsinə imkan yaradacaq. 
"BlueOrchard BlueOrchard Microfinance Fund-dan cəlb edilən kredit, qlobal maliyyə ictimaiyyəti tərəfindən bankımıza göstərilən etimadı əks etdirir və bankın maliyyə dayanaqlığını vurğulayır.  BlueOrchard-dan olan həmkarlarımıza göstərdikləri dəstəyə və Azərbaycanda biznes ictimaiyyətinin daha da gücləndirilməsinə nəzərdə tutulan dəstəyinə görə təşəkkür etmək istərdim", – AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
"Maliyyə əlçatanlığının təmin edilməsi  və MKOB-ların dəstəklənməsi fəaliyyətinə  dəstək məqsədi ilə, AccessBank ilə  yeni tərəfdaşlığımızı elan etməkdən məmnunluq duyuruq.  Birgə səylərimizlə Azərbaycan xalqına müsbət töhfələr verəcəyimizə ümid edirik", - bunu  BlueOrchard-in Baş kredit direktoru Normunds Mizis deyib. 
BlueOrchard sosial dəyişikliklərə investisiyalar üzrə aparıcı qlobal menecerdir. Sosial dəyişikliklər üzrə yenilikçi investor olmaqla, şirkət icmalar və ətraf mühit üçün davamlı müsbət təsir yaratmağa çalışır. BlueOrchard 2001-ci ildə BMT-nin təşəbbüsü ilə mikromaliyyə investisiyaları üzrə dünyada ilk kommersiya meneceri kimi təsis edilb. Bu gün BlueOrchard inkişaf etməkdə olan maliyyə bazarlarında milyonlarla sahibkarı investorlarla birləşdirərək, bütün aktiv sinifləri üzrə investisiya həlləri təklif edir. BlueOrchard indiyədək 105-dən çox ölkəyə 10 milyard ABŞ dollarından çox sərmayə qoyub. 2022-ci ilin dekabr ayından etibarən inkişaf etməkdə olan və sərhəd maliyyə bazarlarında aşağı gəlirli 280 milyondan çox insan BlueOrchard-ın dəstəyi ilə maliyyə və əlaqəli xidmətlərə çıxış əldə edib. BlueOrchard Schroders Group-un üzvüdür. 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Azərbaycan bankı yeni kredit müqaviləsi imzalayıb, 10 milyon dollar cəlb edib/ marja.az

Banklar     Tarix: 27 dekabr 2023

Oxşar xəbərlər

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

Bir 1000-dən çox gənci "Spark "26" festivalında bir araya gətirdi

Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemi olan Bir 100-dən çox gənci Azərbaycanın ilk tələbə-texnologiya festivalı – "Spark "26"da bir araya gətirib.  Festivalda texnologiya, data və süni intellek

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır

"Bank of Baku" ASC subordinasiya borc öhdəlikləri kimi istiqrazların emissiyasını müzakirəyə çıxarır. xəbər verir ki, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı 18 sentyabr 2026-cı il tarixində, saat 10:00-d

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı

ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd


iqtisadi xeberler depozit faizleri dollar kursu rubl mezenne dollar manat kursu